Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Regional təhsil bazarında yeni mərhələ Ege Group qlobal genişlənmə yolunda

Regional təhsil bazarında yeni mərhələ Ege Group qlobal genişlənmə yolunda

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Mikayıl Mirzəzadə: "Gənclərin beynəlxalq təhsil və karyera imkanlarına çıxışını sistemli şəkildə optimallaşdırırıq”

Regionda sürətlə inkişaf edən xaricdə təhsil şirkətlərindən biri "Ege Group” təkcə Azərbaycanda deyil, Türkiyə, Qazaxıstan və Özbəkistanda da minlərlə gəncin gələcəyini formalaşdıran təhsil şirkətinə çevrilib. 

Xaricdə təhsil xidmətləri bazarında şəffaf yanaşması, müqaviləli universitet şəbəkəsi, tam paket inzibati dəstək modeli və innovativ strategiyaları ilə seçilən "Ege Group” bir çox şirkətlərin edə bilmədiyini sistemli şəkildə həyata keçirir. Gənclərə həm akademik, həm də karyera baxımından real perspektiv qazandırır.

Bu dinamik inkişafın arxasında isə cəmi 27 yaşlı bir gənc dayanır - Mikayıl Mirzəzadə. O, qısa zamanda yüzlərlə yox, minlərlə tələbəni xarici universitetlərə yerləşdirməyi bacaran, Türkiyə, Avropa, Qazaxıstan, Özbəkistan, Avropa və Çinin nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq yaradan və bu əməkdaşlığı hər il genişləndirən bir iş adamıdır.

Mikayıl Mirzəzadə həm də diaspor quruculuğunda fəal iştirak edir. Azərbaycan-Özbəkistan Gənclər Təşkilatı ideyasının müəllifi və gənclərin beynəlxalq inteqrasiyasına real töhfə verən peşəkar diaspor fəalıdır. Gənc yaşda strateji yanaşma və institusional idarəetmə modeli onu regionun ən perspektivli menecerlərindən birinə çevirib.

"Qaynarinfo” Mikayıl Mirzəzadə ilə "Ege Group”un inkişafı, xaricdə təhsil bazarının  perspektivləri, yeni Çin istiqaməti və şəxsi biznes fəlsəfəsi ətrafında söhbətləşib.

- "Ege Group”un qısa zamanda region üzrə şaxalənməsinin əsas sirri nədir?

"Ege Group”u ərsəyə gətirəndə bizim yol xəritəmiz çox aydın idi: tələbələr üçün yalnız qəbul xidməti göstərən təsisat qurmaq yox, onların bütün təhsil həyatını idarə edən kompleks təhsil menecmenti sistemi formalaşdırmaq. Bu baxış bizi bazarda avtomatik olaraq fərqləndirdi. Uğurumuzun təməlində üç əsas sütun dayanır. Birinci sütun beynəlxalq tərəfdaşlıq strategiyasıdır. 

Bizim məqsədimiz sadəcə universitetlərlə əməkdaşlıq etmək deyil. Biz universitetlərlə institusional tərəfdaşlıq yaratdıq. Fərqli ölkələrdə universitetlərlə şəffaf müqavilələr imzalamış, onların qəbul qaydalarını, təhsil imkanlarını, ixtisas üstünlüklərini dərindən öyrənmişik. Yəni, kompleks marketinq araşdırması aparmışıq. Bu, bizə rəqiblərin edə bilmədiyini, yəni, tələbəyə ən doğru təklif verməyi mümkün edir.

İkinci sütun tam paket xidmət konsepsiyasıdır. Tələbələrin ən böyük çətinliyi qəbul yox, qəbuldan sonrakı mərhələdir. Yaşayış, sənədləşmə, viza, yataqxana, adaptasiya və s. "Ege Group” bu mərhələlərin hər birində tələbələrin yanında olur. Tələbə və valideynləri ilk gündən son günə qədər tərəfimizdən idarə olunan sistemin daxilində yer alır. Bu, valideynlər üçün dərin etimad yaradır və brendimizə olan inamı artırır.

Üçüncü sütun fərdi karyera yanaşmasıdır. Biz tələbəni müştəri kimi deyil, gələcək üçün potensial daşıyan bir layihə qismində qəbul edirik. Onun güclü və zəif tərəflərini, maraqlarını, hədəflərini analiz edirik və buna uyğun olaraq ölkə, universitet və ixtisas seçirik. Bu səbəbdən bizim tələbələr daha az yanlışlığa yol verir və daha tez adaptasiya olunurlar. Bu gün minlərlə tələbənin bizim sayəmizlə xaricdə təhsil alması təkcə xidmətin nəticəsi deyil, həm də sistem quruculuğunun real göstəricisidir. Təvazökarlıqdan uzaq olsa da söyləməliyəm ki, biz təkcə xidmət göstərmirik, gələcəyə investisiya edirik.

- Yeni Çin istiqaməti "Ege Group” və tələbələrinə hansı üstünlüklər qazandırır?

Çin bu gün dünya iqtisadiyyatının, texnologiyasının və innovasiyasının aparıcı mərkəzlərindən biridir. Bu istiqamətə qərar verərkən iki əsas meyarı nəzərdən keçirdik. Birincisi, tələbələr üçün akademik keyfiyyət, ikincisi isə onların gələcək karyera imkanları. Çin istiqamətinin bizim üçün yaratdığı imkanlar çoxşaxəlidir. Yüksək keyfiyyət, əlçatan qiymət tələblərin qarşısında geniş imkanlar açır. Çin universitetləri sıralamada dünyanın top universitetləri ilə rəqabət aparır. Amma təhsil haqları Avropa və ABŞ-la müqayisədə dəfələrlə ucuzdur. Bu, çox geniş sosial təbəqəyə real xarici təhsil imkanı yaradır.

Daha bir imtiyaz güclü texnoloji bazadır. Texnologiya, mühəndislik, robototexnika, süni intellekt, tibbi təhcizat, menecment, faktiki olaraq bu sahələrdə Çin bu sahələrdə dünyanın lideridir. Tələbələr bu mühitdə yalnız təhsil almır, həm də real layihələrdə iştirak edir və qlobal şirkətlərlə təcrübə imkanları əldə edirlər. Onların qarşısında geniş karyera perspektivi açılır. Çində təhsil alan tələbələr beynəlxalq biznes şəbəkəsinə daxil olurlar. Bu, onların təkcə Çində yox, digər Asiya və Avropa ölkələrində də iş imkanlarını genişləndirir.

"Ege Group” olaraq tələbələrə tam dəstəyi təmin edirik. Biz Çində artıq bir neçə universitetlə əməkdaşlıq müqaviləsi imzalamışıq. Bu, tələbələrə daha sərfəli təhsil haqları, xüsusi kotirovkalar, sürətli sənədləşmə, yerləşdirmə və nəzarət xidmətləri təmin etməyə imkan verir. Bu istiqamət gənclərin dünya ilə əlaqəsini daha geniş və dərin şəkildə təmin edir. Mən hesab edirəm ki, Çin istiqaməti "Ege Group”un yeni mərhələsinin əsas lokomotivlərindən biri olacaq.

- Diaspor və gənclər sektorunda fəaliyyətiniz biznesinizə necə təsir edir?

Diaspor fəaliyyəti mənim üçün sadəcə ictimai iş deyil. Şəxsən qəbul etdiyim və daşıdığım milli missiyadır. Mən xaricdə yaşayan azərbaycanlı gənclərin bir-biri ilə əlaqədə olmasını, birlikdə layihələr həyata keçirməsini, Azərbaycanın doğru tanıdılmasını vacib hesab edirəm. Bu sahədə illərlə gördüyüm işlər biznesimə çox ciddi müsbət təsirlər göstərib. Nəticədə beynəlxalq əlaqə şəbəkəsi formalaşdırmağa müvəffəq olmuşam. Eyni zamanda gənclərlə, universitetlərlə, ictimai təşkilatlarla və diplomatik korpuslarımızla qurduğumuz əlaqələr "Ege Group”un tərəfdaşlığını genişləndirib. Bu, həm yeni ölkələrə giriş, həm də yeni universitetlərə çıxış deməkdir. 

Biz müxtəlif ölkələrdə Azərbaycanla bağlı layihələr həyata keçirir və azərbaycanlı gənclərin birgə proqramlarda iştirakını təmin edirik. Bu, həm "Ege Group”un tanınmasına, həm də tələbələrimizin həmin ölkələrdə daha rahat adaptasiyasına kömək edir. Ən vacib məqam isə Azərbaycanın beynəlxalq imicinə töhfədir. Azərbaycan-Özbəkistan Gənclər Təşkilatı ideyasının müəllifi olaraq çalışmışam ki, iki ölkənin gəncləri arasında davamlı əməkdaşlıq platformaları formalaşsın. Buna təkcə ictimai fəaliyyət kontekstində deyil, ölkənin yumşaq gücünün gücləndirilməsi fürsəti kimi yanaşıram.

Liderlik və etibar faktorunu da kənarda qoymaq olmaz. Diaspor fəaliyyətim həm tələbələr, həm valideynlər, həm də tərəfdaş universitetlər tərəfindən böyük rəğbətlə qarşılanır. Çünki bu fəaliyyət "Ege Group”un kommersiyadan daha böyük bir missiyaya sahib olduğunu göstərir. Məncə, biznesin gücü onun ictimai məsuliyyəti ilə ölçülür. Bir Azərbaycan gənci, vətənpərvər bir Azərbaycan vətəndaşı olaraq bunu mənəvi borc sayıram və bundan sonra ölkəmizin dünya miqyasında tanıdılması istiqamətində fəaliyyətim davam edəcək. 

- Gənc yaşda bu qədər uğur qazanmağınızın səbəbləri nədir? Doğrudanmı hər şeyə özünüz nail olmusunuz?

Bunu tək mən yox, məni tanıyan hər kəs təsdiq edər ki, həyatda qazandığım bütün nailiyyətlərin səbəbkarı özüməm. Düzdür, dəstək verənlər də olub. Azərbaycan dövlətinin mənəvi dəstəyini hər zaman üzərimizdə hiss etmişik. Konkret sualınıza gəldikdə isə, hesab edirəm ki, uğurun tək bir düsturu yoxdur. Mənim üçün bu proses illərdir davam edən öyrənmə, planlama, risk və səbr yolundan keçir. Əsas çıxardığım dərs isə bunlardır: vizion hər şeydir. Biznesə başlayan kimi düşünməlisən ki, beş ildən sonra hara getmək istəyirsən. Yəni, mütləq strateji yanaşman olmalıdır. "Ege Group”u təsis edəndə artıq beynəlxalq struktur, çoxölkəli fəaliyyət modeli və geniş tərəfdaş şəbəkəsi planım hazır idi.

Daha bir məqam isə trend yaratmaq bacarığındadır. Bazarda mövcud olanı təkrarlamaq asandır. Məsuliyyətli olan isə yenilik gətirməkdir. Çin istiqamətini regionda ilk təşəbbüs edənlərdən olmaq bizim üçün strateji qərar idi və nəticəli olduğunu artıq görürük. Peşəkar komanda bizim üçün olduqca vacib hissədir. Peşəkar komanda olmadan ciddi biznes uğurlarını təsəvvür etmək mümkün deyil. Heç bir uğur tək adamın sayəsində qazanılmır. Mən ətrafıma işinə, prinsiplərinə və tələbəyə münasibətinə görə seçilmiş peşəkarları toplamışam. Bu gün "Ege Group”un gücü məhz onun komandasındadır.

Daha bir strateji komponent isə kəmiyyətə deyil, keyfiyyətə üstünlük verməyimizlə bağlıdır. Tələbələr bizim üçün rəqəm deyil, onların hər biri bizim uğurumuzun real göstəricisidir. İllərdir yüzlərlə tələbə qayıdıb bizi dostlarına, tanışlarına tövsiyə edib. Bu isə reklamdan daha dəyərlidir.  Biznesdə ən çətin olan başlanğıc deyil, davamlılıqdır. Mənim üçün hər tələbə bir etibar deməkdir və bu etibarı qorumaq ən əsas prinsipimizdir. Bugünkü uğur gəncliklə yox, düşüncə ilə bağlıdır. Əgər vizionun güclüdürsə, doğru plan qurursansa və işinə sadiqsənsə, yaş maneə deyil.

Nuran

Qaynarinfo.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see615

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see432

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see315

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see304

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see251

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see232

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see223

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see220

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see211

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see202

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see200

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see199

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see196

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see190

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see185

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see175

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see175

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see172

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see163

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri