Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Yaşar Nurinin qızı dünyasını dəyişib

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Regionda alovlanan münaqişələrin yan təsiri Azərbaycana gələn turistlər azalıb

Regionda alovlanan münaqişələrin yan təsiri Azərbaycana gələn turistlər azalıb

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İstənilən münaqişənin iqtisadi təsiri turizm sektorunda hiss olunur. Münaqişələr birbaşa baş verdiyi bölgənin turistlər üçün cəlbediciliyini aşağı salır, ziyarətçilərin sayının azalmasına, bəzi hallarda isə tamamilə sıfırlanmasına gətirib çıxarır. İran-İsrail müharibəsi də ölkəmizin turizm sektoruna təsirsiz ötüşməyib. Nəzərə alsaq ki, Azərbaycana gələn turistlər ən çox İran, İsrail və Körfəz ölkələrindəndir, onda mənzərəni təsəvvür eləmək çətin deyil.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Turizmlə məşğul olan iş adamları tərəfindən sosial mediada yazılan statuslar da hazırkı mənzərəni real əks etdirir.

"İranla İsrail arasında qarşılıqlı hücumlar başlayandan sonra Azərbaycana gələn turistlərin sayında azalma var. Bu müharibə Azərbaycanda turizm sektorunu məhv elədi. Ölkəyə demək olar, turist gəlmir, bütün rezervasiyalar ləğv olunub. Hotellər boşdur. Gələnlər ancaq 3-5 nəfər Avropa ölkələrindəndir, bir az da rus turistlər var. 6-7 ay "mövsüm" gözləyirsən, o da gəlib belə olur..."

Statusun müəllifi, turistlərə avtomaşın icarəsi ilə məşğul olan şirkətin təsisçisi Haldun Novruzzadə bizimlə söhbətində bildirib ki, müharibə başlayandan demək olar ki, işləri yoxdur: "Ərəbistandan gələn təyyarələr İran üzərindən uçduğuna görə uçuşlar dayanıb, ya da vaxt uzanıb. Üç saatlıq yolu yeddi saata gəlirlər. Rezervasiyalar ləğv olub..."

İbrahim Abbasov adlı başqa bir şirkətin sahibi də bildirib ki, münaqişə mənfi mənada ən çox turizm sahəsinə təsir edib.

Onun sözlərinə görə, Hindistan-Pakistan münaqişəsi də Azərbaycan turizminə təsir etmişdi: "Müharibənin bizə təsiri çox oldu. Turizm sektoru sıfıra endi. Rezervasiyalar, uçuşlar ləğv oldu. Bizim Pakistanla dost münasibətlərimiz Hindistandan olan turistlərin ölkəmizə gəlməsinin qarşısını kəsdi. Son vaxtlar bizim turizm sektorunun 90 faizi hindistanlılardan ibarət idi. Onlar da gəlmədiyi üçün turizm çöküb. Gələn ərəblər də tək-tükdür. Ruslar, Avropadan gələnlər də çox azdır..."

Təəssüf ki, cənub qonşumuz İranla İsrailin münaqişəsi, şimal qonşumuz Rusiyanın Ukrayna ilə dörd ilə yaxındır davam edən müharibəsi bizim turizmdə öz "iz"ini qoymaqdadır. Ən böyük problem isə təkcə münaqişə baş verən ölkələrin insanlarının səyahətinin ləğvi ilə bağlı deyil. Münaqişələr başlayandan sonra ətraf bölgələrin turistlərinin ölkəmizə səfərləri də əngəllənir.

Uçuşların uzanması

Turizmçi Anar Həsənovun sözlərinə görə, İranla İsrailin hava məkanını bağlaması digər ölkələrin aviaşirkətlərinin də uçuş məsafəsinin uzanmasına səbəb olub: "Hazırda İsraildən Bakıya gələnlərin sayında çoxalma var, amma onlar turist deyillər. Onlar müharibədən qaçıb gələrək ev kirayələyib yaşayanlardır. Hazırkı uçuşlar İran üzərindən olmadığı üçün Türkiyə üzərindən keçir və nəticədə uzanır. Ərəb turistlərin və ümumiyyətlə, Körfəz ölkələrindən gələn turistlərin sayı da kəskin azalıb. Əgər aşağıbüdcəli şirkətlər ərəb ölkələrinə 3 saata uçurdularsa, indi bu vaxt altı saata qədər uzanıb. Həm yolun uzanması, həm də təhlükəsizlik baxımından insanlar səyahət etmək istəmirlər. İndi münaqişənin ən qabarıq təsiri uçuşlaradır".

Turizmçi bildirir ki, azalma hotellərin rezervasiyasında, mövsümdə qiymətlərin aşağı düşməsində də hiss olunur: "Əvvəllər hotellərə rezervasiya edəndə yer tapmaq olmurdu. Hindistan-Pakistan müharibəsinin də bizim turizmə böyük təsiri oldu. Çünki Azərbaycan bazarına ən çox gələn turistlər hindistanlılar idi. İndi insanlar gözləyirlər ki, müharibə bitsin, sakitlik yaransın, təhlükəsizliklərinə təminat olsun. Təbii haldır ki, insanlar səyahətdən çox, öz təhlükəsizliklərini düşünürlər".

İnsanların qorxusu

Turizmçi Əziz Şiriyev də hava yollarından asılı olaraq gəlmə və getmə turizmində geriləmənin olduğunu bildirir: "Turizm həssas sahədir. İstənilən halda müharibə turizmə təsir edir. Təkcə müharibə olmasın, lap təbii fəlakətlər və s. olsun, dərhal turizmdə öz təsirini göstərir. İnsanlar gərək əmin-amanlıq, təhlükəsiz şəraitdə başqa ölkəyə səfər etsinlər, gedəcəkləri yer təhlükəsiz olsun. İstənilən turist bir yerdə təhlükəsizliklə bağlı problem hiss etsə, oraya səfər etməyəcək". Turizmçinin sözlərinə görə, məsələn, hazırda ölkəmizdən Dubaya səfər edənlərin 3 saatlıq uçuşları 6-7 saata həyata keçirilir: "Çünki bizim uçuşların əksəriyyəti İran üzərindəndir. Həmçinin Misirə - Şarm-əl-Şeyxə gedənlər uçuş saatlarının artdığına görə ehtiyat edirlər. Məsələn, İran-İsrail savaşında atılan raketlərin bəzisi Yəmən, bəzisi İordaniya ərazisinə düşüb. İnsanlar ailəvi səyahət etdiklərinə görə, ailələrini təhlükəyə atmaq istəmirlər".

Ə.Şiriyevin sözlərinə görə, bu vəziyyət turizm şirkətləri ilə vətəndaşlar arasında da anlaşılmazlıq yaradır: "Vətəndaş səfər etmək istəmir, aldığı turpaketi geri qaytarmaq istəyir. Turizm şirkəti də çıxılmaz vəziyyətdə qalır. Turu satanlar da öz növbəsində Bakıdakı turizm şirkətlərindən pulu tələb edir. Vətəndaş isə turizm şirkətindən pulunu geri istəyir. Qarşı tərəf deyir ki, uçuşu həyata keçirən hava yolları şirkəti uçuşu ləğv etməyib, qorxmağa ehtiyac yoxdur, orada adamlar normal yaşayır və s. Amma nə qədər deyilsə də, turist təhlükəsizliyini öndə tutur. Bu yanaşmalar hazırkı vəziyyəti daha da qəlizləşdirir". Turizmçi bildirir ki, xaricdən Azərbaycana gələn turistlər arasında da azalma müşahidə olunur: "Bazar dəyişir. Bazarı araşdıranda görürük ki, ölkəmizə gələnlərin arasında ukraynalılar azalıb. Rusların da sayında azalma var. İsraildən turistlər çox gəlirdi. İndi müharibə olduğu üçün bu da bazara təsir edib. Amma ölkədaxili turizm öz axarında davam edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 İyun 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see16618

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see979

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see247

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see216

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see170

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see142

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see142

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see141

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see137

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see135

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see135

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see134

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see133

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see127

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see126

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see125

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see125

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see124

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see124

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri