Icma.az
close
up
RU
Regionda İLK: Azərbaycan OpenAI ilə memorandum imzaladı

Regionda İLK: Azərbaycan OpenAI ilə memorandum imzaladı

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elm və Təhsil Nazirliyi və "OpenAI" arasında adaptiv öyrənmə platformasının hazırlanması üzrə əməkdaşlığa başlanılıb. Platformanın "Rəqəmsal məktəb" layihəsi çərçivəsində hazırlanaraq tətbiq edilməsi nəzərdə tutulur.

Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və "OpenAI" arasında imzalanan Anlaşma Memorandumu 500 mindən çox şagird üçün süni intellekt əsaslı adaptiv öyrənmə imkanlarının yaradılmasını nəzərdə tutur.

Platforma mövcud milli təhsil proqramına inteqrasiya olunaraq süni intellekt əsaslı əlavə funksional alət kimi fəaliyyət göstərəcək. Hazırlanacaq həll şagirdlərin fərdi şəkildə bilik və bacarıqlarının diaqnostikasını aparmağa, dərs prosesində fərdiləşdirilmiş tapşırıqlar təqdim etməyə, hər bir şagirdin öyrənmə ehtiyaclarına uyğun süni intellekt əsaslı fərdi öyrənmə dəstəyi göstərməyə imkan verəcək. Platforma, həmçinin müəllimlər, məktəb rəhbərləri və nazirlik üçün real vaxt rejimində fəaliyyət göstəricilərini təqdim etməyə imkan yaradacaq.

Tətbiq ilkin mərhələdə pilot layihə formatında həyata keçiriləcək və nəticələrə əsasən, mərhələli şəkildə genişləndiriləcək. Platformanın tətbiqi müəllim nəzarəti, milli kurikuluma uyğunluq, davamlı qiymətləndirmə və məlumatların qorunması prinsipləri nəzərə alınmaqla aparılacaq.

İmzalanma zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, müəllim və şagirdlər üçün yeni süni intellekt alətlərindən səmərəli istifadə imkanı yaratmaqla bu texnologiyalardan məsuliyyətli tətbiq formalaşdırılır. "OpenAI" ilə əməkdaşlıq süni intellektin təhsilə inteqrasiyasını dəstəkləyir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-28-ci illər üçün Fəaliyyət Planı"nın prioritetləri ilə uzlaşır.

"OpenAI"ın təhsil və dövlət proqramları üzrə bazara çıxış rəhbəri Kevin Mills isə qeyd edib ki, Azərbaycan süni intellektin təhsilə tətbiqinə düşünülmüş və iddialı yanaşma nümayiş etdirir. "OpenAI" ilə Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı güclü milli rəqəmsal infrastruktur və şagirdlərlə müəllimlərin süni intellektdən praktik və məsuliyyətli şəkildə istifadəsinə dəstək vermək öhdəliyi üzərində qurulur. O, "OpenAI"ın API texnologiyaları əsasında hazırlanacaq platformasının öyrənməyə dəstəyi, sinifdaxili təcrübəni gücləndirəcəyi və şagirdlərin gələcək üçün vacib bacarıqlarının formalaşmasına töhfə verəcəyi ilə bağlı araşdırması barədə də danışıb.

Əməkdaşlıq çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və "Open AI" milli süni intellekt innovasiya ekosisteminin inkişafı istiqamətində birgə fəaliyyət göstərəcək. Qeyd olunan istiqamətdə hakatonların, "build days" formatlı tədbirlərin, eləcə də strukturlaşdırılmış tədqiqat və inkişaf əməkdaşlığının təşkili nəzərdə tutulur. Məqsəd Azərbaycanın süni intellekt əsaslı həllər üzrə regional mərkəz kimi mövqeyini gücləndirməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 May 2026 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri