Icma.az
close
up
RU
Regiondakı gərginlik Azərbaycanda qiymət artımını sürətləndirə bilər

Regiondakı gərginlik Azərbaycanda qiymət artımını sürətləndirə bilər

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaxın Şərqdə baş verən gərgin hərbi-siyasi proseslər təkcə region üçün deyil, qlobal enerji və nəqliyyat şəbəkələri üçün də önəm daşıyır.

Bəs bu dəyişikliklər Azərbaycanın enerji və tranzit ölkə kimi strateji mövqeyini gücləndirəcək, yoxsa yeni risklər yaradacaq?

İqtisadçı ekspert Xalid Kərimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Körfəz regionu, Hörmüz boğazı və Qırmızı dəniz ətrafında baş verən münaqişələr qlobal iqtisadi əlaqələr vasitəsilə yaranan risklər ölkəyə də mənfi təsir edir. Baxmayaraq ki, Azərbaycan bu proseslərin birbaşa iştirakçısı deyil və bölgədə sabitliyin tərəfdarıdır, enerji qiymətlərinin artması müəyyən mənada Azərbaycana əlavə gəlir gətirsə də, bu proses paralel olaraq inflyasiyanı artırır, xüsusilə idxal inflyasiyasını gücləndirir. Nəticədə, ölkəyə gətirilən məhsullar bahalaşır və bu da əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir.

Ekspert qeyd edir ki, mövcud vəziyyət şirkətlər üçün də əlavə çətinliklər yaradır. Belə ki, onun sözlərinə görə, İran üzərindən, xüsusilə Bəndər-Abbas limanı vasitəsilə həyata keçirilən tranzit daşımalar əvvəl daha əlverişli və ucuz marşrut hesab olunurdu. Lakin regionda artan risklər bu marşrutun fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb, bəzi hallarda isə faktiki olaraq dayandırıb:

"Bu isə alternativ marşrutlara yönəlməni qaçılmaz edir. Lakin alternativ yollar daha bahalı olduğundan, daşınma xərcləri artır və nəticədə bu, məhsulların son qiymətinə təsir edir. Hətta İrandan idxal olunmayan mallar belə, ümumi logistika xərclərinin yüksəlməsi səbəbindən bahalaşa bilər.

Xalid Kərimli: Azərbaycanın tranzit ölkə kimi rolunun artması üçün Zəngəzur dəhlizinin açılması vacibdir

X.Kərimli qeyd edib ki, Azərbaycan üçün İran üzərindən həm Türkiyə, həm də Naxçıvanla əlaqələr mühüm əhəmiyyət daşıyır.  Dediyinə görə, mövcud qeyri-müəyyənliklər bu istiqamətdə də riskləri artırır və daşınma xərclərinin yüksəlməsinə səbəb olur. Sahibkarlar alternativ marşrutlara yönəldikcə əlavə maliyyə yükü ilə qarşılaşırlar.

Müsahibimiz vurğulayıb ki, İran Azərbaycan üçün ərzaq məhsullarının idxalında əsas istiqamətlərdən biri olub. Bu kanalda yaranan risklər və məhdudiyyətlər gündəlik istehlak məhsullarının bazarına da təsirsiz ötüşməyəcək. Nəticədə, həmin məhsulların qiymətlərində ciddi artım müşahidə oluna bilər:

"Regionda baş verən proseslər həm biznesin xərclərini artıracaq, həm də inflyasiya vasitəsilə əhalinin gündəlik xərclərinə əlavə yük gətirəcək".

İqtisadçı bildirib ki, Azərbaycanın tranzit ölkə kimi rolunun artması üçün Zəngəzur dəhlizinin açılması vacibdir:

"Bu dəhlizin qapalı olması ölkənin ötürücü gücünü aşağı salır". 

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Mart 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri