Regionlarda “Qan qohumları arasında nikahların fəsadları“ layihəsi icra olunub
Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qan Donorları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şəki, Qəbələ, İsmayıllı və Quba şəhərlərində “Qan qohumları arasında nikahların fəsadları” layihəsi icra olunub.
Tribunainfo.az xəbər verir ki,layihənin məqsədi qohum nikahlarından yarana biləcək irsi qan xəstəliklərinin qarşısını almaq məqsədi ilə ictimai maarifləndirmə müzakirələrinin aparılması olub. Layihə Şəki Dövlət Regional Kolleci, Qəbələ şəhəri Peşə Məktəbi, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi və Quba Tibb Kollecində yerli dövlət qrumları, KİV, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilib.
Qeyd edək ki, ailə məcəlləsində edilən dəyişikliklər iyul ayının 1-dən etibarən qüvvəyə minib və yaxın qan qohumları arasında nikahlar məhdudlaşdırılıb.
Qan Donorları Assosiasiyası tərəfindən cəmiyyətin diqqətini mövzuya çəkmək üçün “Qan qohumları arasında nikahların fəsadları” adlı sosial maarifləndirici proqram hazırlanıb. Əlavə olunmuş link vasitəsi ilə tanış olmaq olar.










