Icma.az
close
up
RU
Regionların sosialiqtisadi inkişafına yenə milyardlar xərclənəcək, amma əksəriyyət Bakıya köçüb

Regionların sosialiqtisadi inkişafına yenə milyardlar xərclənəcək, amma əksəriyyət Bakıya köçüb

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Regionların sosial-iqtisadi inkişafına dair dördüncü proqram yoldadır. İndiyə qədər üç proqram həyata keçirilib. Nəticə paytaxta, Abşeron yarımadasına köçənlərin sayının kəskin artması olub. Ölkə əhalisinin az qala 60 faizi Bakı və bura yaxın ərazilərdə toplaşıb. Halbuki başqa cür olmalıydı. Bölgələr o qədər inkişaf etməliydi ki, paytaxta köçməyə ehtiyac qalmamalıydı. Azı 100 milyard manat xərclənib, ortada nəticə yoxdur.

Bizimyol.info xəbər verir ki, Dövlət Statistika Komitəsinin saytında regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ilə bağlı materiallar diqqət çəkir. Burada uğurlu nəticələrdən danışılır. Təkcə kənd təsərrüfatına bir neçə abzas həsr olunub. Guya məhsul yığımı xeyli artıb. Müxtəlif rəqəmlər gözə dəyir. Hamıya məlumdur ki, kənd təsərrüfatında nə qədər geriləmə var. Həm məhsuldarlıq aşağı düşüb, ayrı-ayrı məhsulların ixracatdakı payı da kəskin azalıb.

Komitənin saytında yazılıb ki, aqrar sektorda emalçılar ilə istehsalçılar arasında kooperasiya münasibətləri möhkəmlənib. Fermerlərin dövlətin dəstək mexanizmlərindən daha səmərəli istifadə etməsi məqsədilə regionlarda 50 başlıq südlük cins iribuynuzlu təsərrüfatların yaradılmasına başlanılıb, bu da böyük uğurmuş.

Doğrudanmı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə böyük işlər görülüb? Əlbəttə, yollar çəkilib, barmaqla sayılacaq qədər istehsal müəssisələrinin açılışı olub. Amma paytaxtdan Qubaya və ya Gəncəyə avtomobil sürənlər yolların hansı səviyyədə olduğunu gözəl bilir. Çox keyfiyyətsiz iş ortaya qoyulub. Bakıdan Qubaya, ümumiyyətlə, maşın sürmək mümkün deyil. Elə Gəncəyə çatana qədər də avtomobil xeyli problem yaşayır.

İstehsal müəssisələri ya tam gücü ilə işləmir, ya da bağlanıb. Bölgələrdə məhz yeni iş yerlərinin açılmaması regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarını əhəmiyyətsiz etdi. Həmin 100 milyard manata yeni ölkə qurmaq olardı. Lakin kəndlərdə, hətta rayon mərkəzlərində də yaşam imkanları məhdudlaşdı, həyatda qalmaq çətinləşdi. Paytaxt əhalisi hər il bir az da artır.

Yeni dövlət proqramı həyata keçirməyə başlayacaqlar. Yenə milyardlar xərclənəcək. Hiss olunur ki, yenilikdən söhbət getmir, hər hansı konsepsiya yoxdur. Belə başlanğıcla isə dövlət proqramı effekt vermir.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Dekabr 2024 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri