Rəhman Daşdəmirov: Qarşımıza hansı komandanın çıxmasından çox şey asılıdır
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Çətin oyun alındı. Rəqibimizin adı və səviyyəsi hamıya bəlli idi". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın futbolçusu Rəhman Daşdəmirov deyib.
25 yaşlı cinah müdafiəçisi "Qarabağ"ı məğlub etdikləri (3:2) Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bu qarşılaşmada bacardığımızı etdik. Şans da bizim tərəfimizdə idi. Sonuncu dəqiqələrdə qələbə qolunu vura bildik. Matçın penaltilər seriyasına gedəcəyini düşünürdüm. Şükürlər olsun ki, qalibiyyət əldə etdik".
Oyunçu "Sabah"ın ilk titulunu qazanması ilə bağlı da danışıb: "Hər bir futbolçu titul qazanmaq istəyir. Mən də "Sabah"la buna sahib oldum".
Daşdəmirov avrokuboklardakı hədəflərdən də söz açıb: "Qarşımıza hansı komandanın çıxmasından çox şey asılıdır. Maksimum nəticə qazanmağa çalışacağıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 02 İyun 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















