Icma.az
close
up
RU
Kişilər mütləq bu 5 qidadan yeməlidir, yoxsa... Uroloqdan açıqlama

Kişilər mütləq bu 5 qidadan yeməlidir, yoxsa... Uroloqdan açıqlama

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Kişilərin reproduktiv sağlamlığı, o cümlədən potensiyası birbaşa qidalanmadan asılıdır.

Milli.Az xəbər verir ki, bunu rusiyalı Uroloq-androloloq Artur Boqatıryev söyləyib. O, kişi orqanizmi üçün xüsusilə faydalı olan beş məhsuldan danışıb.

"Düzgün qidalanma enerjinin səviyyəsinə, testosteronun istehsalına və spermanın keyfiyyətinə müsbət təsir göstərir.

Birinci yerdə midyelər dayanır. Onlar fosfor, sink, selen, yod, manqan və B qrup vitaminləri ilə zəngindir. Bu maddələr cinsi aktivliyi artırır, spermanın keyfiyyətini yaxşılaşdırır, prostatın və qan dövranının sağlamlığını dəstəkləyir.

İkinci yerdə qarabaşaq var. O, damarları möhkəmləndirən və qan dövranını yaxşılaşdıran rutin maddəsi ilə zəngindir. Bu da potensiyaya və ürək fəaliyyətinə müsbət təsir göstərir.

Kərəviz də kişilər üçün faydalı sayılır. O, qan dövranını gücləndirir, feromonların yaranmasına və androsteron hormonunun artmasına kömək edir. Bu hormon isə ereksiya və cinsi istəklə bağlıdır.

Səhəri balqabaq tumları ilə başlamaq tövsiyə olunur. Onların tərkibindəki sink və maqnezium testosteron və böyümə hormonunun istehsalını stimullaşdırır. Nəticədə potensiya, prostat sağlamlığı və ümumi enerji səviyyəsi yüksəlir.

Siyahını ispanaq tamamlayır. Bu bitki fol turşusu və azot oksidi ilə zəngindir. Hər iki maddə damarları genişləndirir və spermanın məhsuldarlığını artırır.

Mütəxəssis qeyd edib ki, bu qidaların müntəzəm qəbulu potensiyanın və ümumi sağlamlığın qorunmasına kömək edir. Lakin nəticəni saxlamaq üçün təkcə düzgün qidalanma kifayət etmir. Kişilərə siqaret və alkoqoldan uzaq durmaq, kifayət qədər yatmaq, stressdən qaçmaq və aktiv həyat tərzi saxlamaq məsləhət görülür.

İsmayıl
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Oktyabr 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri