Rəhman Hümmətov: Yolun hərəkət hissəsinə keçməyə məcbur olan piyadalara görə qəzalar baş verir
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 28 yanvar, AZƏRTAC
Bəzi hallarda piyadalar, o cümlədən yaşlı, hərəkət imkanları məhdud olan insanlar məcbur olub səkidən yolun hərəkət hissəsinə keçməyə məcbur olurlar. Çox vaxt bu kimi hallara görə qəzalar baş verir.
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada bildirib.
Onun sözlərinə görə, istər piyada, istərsə də sürücü kifayət qədər məsuliyyətli formada və yol hərəkəti mədəniyyəti çərçivəsində hərəkət etməlidir.
“Bəzən piyada yolu nəzərdə tutulmayan yerdən keçir. Bu halda, o, ilk növbədə öz həyatı üçün təhlükə yaradır. Bəzən də ona heç nə olmur, amma onun günahı ucbatından qəza baş verir, xəsarət alanlar olur. Məsuliyyətsiz bir addım bu hadisələrə yol açır. Hamımız, aidiyyətı qurumlarla bir yerdə piyada və sürücüləri intizamlı olmağa, yol hərəkəti qaydalarına riayət etməyə çağırırıq. Bu kimi halların qarşısının alınması üçün qaydaların sərtləşməsini, cərimələr artırılmasını gözləmək lazım deyil. Müşahidələr göstərir ki, bu istiqamətdə maarifləndirmə, təbliğat, bəzi hallarda isə cəza tədbirlərinin sərtləşdirilməsinə ehtiyac var”, - deyə nazir müavini əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 28 Yanvar 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















