Icma.az
close
up
RU
Rəhman: “Onların önünə başıdik, üzüağ çıxmaq istəyirik”

Rəhman: “Onların önünə başıdik, üzüağ çıxmaq istəyirik”

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Kəpəz”in yarımmüdafiəçisi Rəhman Hacıyev klubun Media və Marketinq Departamentinə müsahibə verib.

Futbolpress.az xəbər verir ki, 33 yaşlı futbolçu çempionatın startı, “sarı-göylər”in hazırkı durumu, eləcə də həftəsonu “Qəbələ”yə qarşı gerçəkləşəcək oyun barədə fikirlərini bölüşüb.

– Artıq “Kəpəz” Misli Premyer Liqasının cari mövsümündə 3 oyun keçirib. Çempionatın startını “sarı-göylər” üçün necə qiymətləndirirsən?
– Öncə azarkeşlərdən danışmaq istərdim. Sonuncu dəfə stadionda bu qədər tamaşaçını, belə möhtəşəm ab-havanı “Neftçi”nin heyətində derbi oyunlarında görmüşdüm. “Kəpəz”in hər iki ev oyununda azarkeşlər tərəfindən inanılmaz dəstək var idi. Doğma meydanda keçirdiyimiz ilk matçda qələbə qazandıq. Bu, sevindirici haldır. Amma qələbələri ardıcıl etmək üçün vaxta ehtiyacımız var. Çünki komanda yenidən qurulub, baş məşqçimiz yenidir. Azər müəllimin özünəməxsus oyun üslubu var ki, buna öyrəşmək üçün zaman tələb olunur. Düşünürəm ki, vaxt keçdikcə daha yaxşı komanda kimi formalaşacağıq.

– Ötən turda “Şamaxı”ya 1:4 hesabı ilə uduzdunuz. Səncə, məğlubiyyətə əsas səbəb nə oldu?
– Oyunumuz istədiyimiz kimi alınmadı. Öz səhvlərimizdən qollar buraxdıq. “Şamaxı” ilə qarşılaşmanın videoyazısına baxmışıq, analizlər aparmışıq. Rəqibə çox boşluqlar vermişik. Oyunlara daha ciddi hazırlaşmalı, diqqəti artırmalıyıq. Xarakter göstərməliyik.

– “Şamaxı”ya qarşı 15 dəqiqə mübarizə apardın. Yeni mövsümdə debütün bir qədər gecikdi…
– Əslində, ilk ev oyunumuzda “Turan Tovuz”a qarşı meydançaya çıxa bilərdim. Lakin çempionatın startı ərəfəsində zədə aldığıma görə məşqçilər korpusu risk etməməyi, hələ gözləməyi məsləhət gördü. İndi özümü tam hazır sayıram. “Şamaxı”ya məğlubiyyəti qəbul edə bilmirik. Biz belə uduzmamalı idik. Amma futbolda qələbə də var, məğlubiyyət də. Çempionatda cəmi 3 oyun keçirmişik. Bizim üçün hər şey qabaqdadır. Azarkeşlər tərəfindən güclü dəstək var. Bu bizim üçün böyük motivasiyadır. Bundan istifadə edərək, növbəti turlarda qələbələr qazanmalıyq.

– Futbol həvəskarları Rəhman Hacıyevi yaxşı tanıyırlar, istedadına, potensialına bələddirlər. “Kəpəz”də karyeranın “ikinci bahar”ını yaşaya biləcəksən?
– Açığı, ötən il futbolçu karyeramı başa vurmaq istəyirdim, ancaq dostlarım imkan vermədilər. Dedilər ki, hələ tezdir. Mən futbolu çox sevmişəm. Amma bəzən elə olur ki, səni bundan diksindirirlər. Həmin ərəfədə “Kəpəz”dən dəvət aldım, mənə burada çox dəstək göstərdilər. Gəncə təmsilçisinin şərəfini qorumaq mənim üçün olduqca xoşdur.

– Sentyabrın 12-də doğma divarlar arasında “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu oyundan gözləntilərin nədir?
– Bu futboldur, hər nəticə ola bilər. İstənilən halda, “Qəbələ” ilə görüşə ciddi hazırlaşırıq. Dünən iki məşqimiz olub. Düşünürəm ki, ötən matçda buraxdığımız səhvlərdən dərs çıxarıb bu dəfə meydançada yaxşı oyun göstərəcəyik. Azarkeşlərdən yenə həmin güclü dəstəyi gözləyirik. Bizə ən çox təsir göstərən məqamlardan biri odur ki, çoxlu sayda insan pul verib, bilet alır, vaxtını sərf edib stadiona gəlsə də, “Şamaxı” ilə oyunun sonunda stadionu məyus tərk etdi. Onların önünə başıdik, üzüağ çıxmaq istəyirik. “Qəbələ” ilə oyuna qələbə üçün çıxacağıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 09 Sentyabr 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri