RƏİS İŞDƏN ÇIXARILDI Nazir onun vəzifəsini də generala tapşırdı
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinin rəisi Ülvi Əhəd oğlu Mirzoyev vəzifəsindən azad edilib.
"AzPolitika"nın “Qaynarinfo”ya istinadən verdiyi məlumata görə, FHN-nin Tibb Mərkəzinin rəisi vəzifəsinin icrası general-mayor Rəfail Mehdiyevə tapşırılıb.
Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, polkovnik Xanım Sofiyeva vəzifəsindən azad edildikdən sonra ötən ilin iyun ayında Ülvi Mirzoyev FHN-nin Tibb Mərkəzinin rəisi təyin edilmişdi.
Xatıradaq ki, bu ilin mart ayında polkovnik-leytenant Vəfa Dadaşovanın istefasından sonra ədliyyə general-mayoru Rəfail Mehdiyev FHN-in Tibb Xidmətinə rəis əvəzi təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 07 İyun 2025 07:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















