Icma.az
close
up
RU
REJİSSOR DEDİKDƏ... Qazax Dövlət Dram Teatrının baş rejissoru Musa Eyyubov 65

REJİSSOR DEDİKDƏ... Qazax Dövlət Dram Teatrının baş rejissoru Musa Eyyubov 65

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Peşəkar  teatr  rejissoru  olmaq  yalnız  səhnədə  aktyorların  harada  duracağını, eləcə  də  nə  zaman  danışacağı  məqamları  onlara  aşılamaq  və  ya  demək  deyil. Bu, həm də dərin estetik baxış, fəlsəfi düşüncə, psixoloji təhlil və yaradıcılıq axtarışları  tələb  edən  mürəkkəb  olduğu  qədər  də  çoxşaxəli  bir  sənət  növüdür.

İlk  növbədə  qeyd  etmək  lazımdır  ki,  səhnədə  peşəkar  teatr  rejissorunun əsas  xüsusiyyətlərindən  biri  kimi  formalaşan  bədii  zövq  və  estetik  duyum yüksək  səviyyədə  olmalı  və  yaradıcı  kollektivlə  yanaşı  öz  tamaşaçısının duyumunu  da  dərindən  hiss  etməyi  bacarmalıdır.  Məhz  bu  baxımdan  rejissorun əsəri  səhnəyə  qoyarkən  estetik  yanaşması  daha  dəqiq  detallar  üzərindən  maraqla baxılmalıdır.  Bu  gün  haqqında  söhbət  açacağım  teatr  rejissorlarından  biri  də Qazax  Dövlət  Dram  Teatrının  baş  rejissoru,  Respublikanın  Əməkdar  artisti Musa  Eyyubovun  yaradıcılıq  axtarışlarından  söhbət  açmaqla  bu   kimi  amilləri diqqətinizə  çatdırmaqdan  ibarətdir.

Musa  Eyyub  oğlu  Eyyubov  1960-cı  il  aprel  ayının  12-də  Qazax  şəhərində anadan  olub.  1976-cı  ildə  Ağstafa  şəhər  2  saylı  tam  orta  məktəbi  bitirib.  1976-cı  ilin  sentyabrından  Azərbaycan  Dövlət  Milli  Gənc  Tamaşaçılar  Teatrında rejissor köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. 1977-1984-cü illərdə Azərbaycan  Dövlət  Mədəniyyət  və  İncəsənət  Universitetində  ali  təhsil  alıb. 1976-1986-cı  illərdə  Azərbaycan  Dövlət  Milli  Gənc  Tamaşaçılar  Teatrında müxtəlif  illərdə  rejissor  köməkçisi,  truppa  müdiri  və  aktyor  kimi  çalışıb.  Onun Qazax  Dövlət Dram Teatrının səhnəsində M. F. Axundzadənin  “Molla İbrahimxəlil-kimyagər”də   Məsədi  Cabbar, “Müsyo Jordan və dərviş məstəli şah”da  Müsyo  Jordan,  Ə. B. Haqverdiyevin “Yeyərsən qaz ətini...”də  Məşədi İman,  C.  Məmmədquluzadənin   “Anamın  kitabı”da   Rüstəm  bəy,  S.  S. Axundovun  “Tamahkar”da  Əliqulu,  A. Şaiqin “Fitnə”də  Bəhram şah, S. Rəhmanın  “Əliqulu  evlənir”də  Azad,  B. Vahabzadənin “Dar  ağacı”da  Babəkin teyfi,  M.  Hüseynin  “İntizar”da  Cəfər,  Y.  Əzimzadənin  “Nəsrəddin”də  Nəsrəddin,  Z. Abbasovun “Qəribə düşmənlər”də  İlqar,  Ə. Səmədlinin  “Ölüm hökmü”də   Axund  surətləri  maraqla  baxılan  obrazları  silsiləsinə  daxildir.

1986-1988-ci  illərdə   Xalq  teatrında  rejissor, 1988-ci ildən başlayaraq Qazax  Dövlət  Dram  Teatrında  aktyor,  musiqi  hissə  müdiri,  sərəncamçı  direktor, quruluşçu  rejissor  və  2014-cü  ildən  isə  Baş  rejissor  olaraq  fəaliyyət  göstərir.

2011-2013-cü illərdə regionda fəaliyyət göstərən  “Türkel Tv”nin “Yaradıcılıq”   departamentinin  rəhbəri  vəzifəsində  çalışıb.  “Sənət  zirvəsi”, “Siluet”, “Ağ-qara”, “Şəcərə” kimi maraqlı layihələrin müəllifi, aparıcısı və rejissoru  olub.  Bu  dövrdə  onun  rejissorluğu  ilə  “Baharın  sorağında”  bədii televiziya,  Xalq  şairi  Nəriman  Həsənzadəyə  həsr  olunan  “Mən  əzəldən sizinkiyəm” adlı bədii-sənədli  filmləri  həmçinin  bədii  rəhbər   kimi   “Şaxta  baba axtarışda”,  “Babanın  nağılı”  adlı  filmlərini  çəkmişdir.

O,  2013-cü  ildə  “Fəxri  mədəniyyət  işçisi”,  2015-ci  ildə  isə  “Əməkdar artist”  fəxri  adlarına,  2017-ci  ildən  isə  müxtəlif   illərdə   Azərbaycan Respublikası  Prezidentinin  mükafatına  layiq  görülüb.

Təbii  ki,  hər  bir  rejissor  təkcə  mətnin  üzərində  deyil,  onun  alt  qatlarında gizlənən  fikirlər,  simvollar  və  fəlsəfi  dəyərlər  üzərində  işləməyi  bacarmalıdır. Hər  bir  obrazın  psixoloji  motivasiyalarını  və  dramaturji  funksiyasını  dərindən anlamalıdır.  Hər  bir  tamaşaya  yalnız  yazı  şəkildə  deyil,  fərqli  bucaqdan yanaşmaq  qabiliyyəti  əsas  şərtlərdəndir.  Bu,  klassik  əsərlərə  modern  yanaşma, simvolizm,  metateatr  və  ya  interaktiv  teatr  kimi  yanaşmalarla  özünü  göstərə bilər.  Eləcə  də  rejissor   həm   aktyor,  həm  də  dekorator,  geyim  üzrə  dizayner, işıqçı  və  səs  mühəndisi  ilə  işləməli  olur.  Onların  hamısını  eyni  bədii  baxış altında  birləşdirməyi  bacarmalıdır.  Məhz  bu  baxımdan  rejissor,  Əməkdar  artist Musa  Eyyubovun  yaradıcılıq  axtarışları  daha  dəqiq  detallarla  özünü  göstərməklə dolğun  vasitəli  səhnə  traktofkalarında  təqdim  edilə  bilir.  Onun  bir  rejissor olaraq  səhnə  mizanlarında  yanaşma  tərzi  hər  bir  obrazın  daxili  aləmi,  emosional vəziyyəti, keçmişini və motivasiyalarını  araşdırmaqla,  aktyorların  obrazı  dolğun şəkildə  inandırıcı  formada  yaratmalarına  kömək  etməklə  daha  dəqiqi  ştrixlərlə özünü  göstərməkdədir.  Həmçinin  qeyd  etməliyəm  ki,  Musa  Eyyubovun  rejissor axtarışları  klassik  əsərlərə  müsair  baxış  bucağından  çıxış  etməklə  yanaşı zamanına adaptasiya olmaqla müəllif təxəyyülünün nəticəsi olaraq kənara çıxmamaq  şərti  ilə  yeni  fəlsəfi  və  sosial  mesajları  eləcə  də   mövcud  dövrün sosial-siyasi  problemlərini  maraqlı  detallarla  şərh  etməyi  bacarır.  Məhz  onun bir  peşəkar  teatr  rejissoru  olmaqla   yaradıcı  düşüncəyə,  zəngin  bədii  təxəyyülə və  dərin  dramaturji  təhlil  bacarığına  malik  olması  sənətə  təkcə  yenilik  gətirmir, həm  də  tamaşaçıda  daha  dərin  düşüncələr  doğurur.  Əməkdar  artist,  rejissor Musa  Eyyubovun  Qazax  Dövlət  Dram  Teatrının  səhnəsində  quruluş  vermiş olduğu  səhnə  əsərləri  bir  rejissorun  səhnə  prinsiplərindən  xəbər  verir.

Onun Qazax Dövlət Dram Teatrının səhnəsində quruluş verdiyi N. B. Vəzirovun “Dələduz”, İ. Əfəndiyevin “Sən həmişə mənimləsən”, Y. Əzimzadənin “Nəsrəddin”, İ. Coşqunun  “Çal, oyna” (Mingəçevir Dövlət Dram  Teatrının səhnəsində), V. Səmədoğlunun “İntihar”, Elçinin “Qatil”, “Cəhənnəm sakinləri”, F. Mustafanın “Neytral zona”, Ə. Əmirlinin “Varlı qadın”, O. Altunbayın  “Gecə  yarıdan keçəndə”,  H. Mirələmovun “Xəcalət”, C. Qolsuorsinin “Birincilər və sonuncular”,  R.  Ağayevin  “Bir gecənin nağılı”, Ə. Orucoğlunun  “Sonuncu  seriya”,  İ. Fəhminin “Son reportaj”,  H. Qasımlının “Akademik kürəkən”  və  digər tamaşaları  təqdim edilən səhnə traktofkası ilə yanaşı həm də tamaşanın bütövlüyünü, ritmini, psixoloji dərinliyini və estetik keyfiyyətini təmin etməklə maraqla  baxılan uğurlu quruluşları hesab edilir. Rejissor işi və səhnə quruluşlarından  söhbət  düşərkən  Əməkdar  artist  Musa  Eyyubov  deyir:  “Rejissor əsərə bir bütöv fikir, bədii baxış bucağından yanaşmalıdır. Tamaşa yalnız səhnə epizodlarının  ardıcıllığı  deyil,  bir  ideyanın,  fəlsəfi  və  ya  emosional  xəttin  bədii təqdimatında  özünü  doğrultmağı  bacarmalıdır”.

Bu  baxımdan məhz onun quruluşlarında, rejissor traktofkalarında səhnə yalnız  fiziki sahə deyil, dramatik hadisələrin baş verdiyi psixoloji və simvolik məkan  kimi  də  maraqla  izlənilməkdədir.  Onun  səhnə  quruluşları  hər  zaman həm  funksional,  həm  estetik  düşünməni  təmin  etməklə  maraqla  qarşılanır.  Məhz Musa  Eyyubovun  bir  rejissor  olaraq  səhnə  yaradıcılığında  hər  tamaşanın öz daxili ritmi olur. Bununla da o, bir rejissor kimi bu ritmi düzgün qurmaqla tamaşaçının  diqqət  mərkəzini  saxlamaqla  səhnədə  baş  verən  hər  hansı  bir hadisənin  emosional  gərginliyini  aktyor  ifasında  idarə  edə  bilir.

         Onun rejissor traktofkasında tamaşaçı passiv müşahidəçi deyil, emosional iştirakçıya  çevrilməlməklə  hər  bir  tamaşanın  fəlsəfi  dərinliyini  artırmaqdadır.

Anar Ərtoğrul Burcəliyev

Teatrşünas-tənqidçi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

07 Oktyabr 2025 18:20see288

Namiq Qaraçuxurludan səmimi status FOTO

06 Oktyabr 2025 17:58see213

Adnanın həbsindən sonra onların da başı dərddə Böyük əməliyyat başlayır?

06 Oktyabr 2025 20:34see157

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see153

Azərbaycan bu toplantıdan ən çox faydalananlardan biri olacaq

07 Oktyabr 2025 10:36see152

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see146

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see146

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see144

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see134

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see133

Keşiş olmaq istəyirdi, QOVULDU: məşhur rejissorun həyatı haqqında yeni film

06 Oktyabr 2025 17:42see133

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

06 Oktyabr 2025 16:52see132

Şəmkirdə 40 yaşlı qadın öldü Əri saxlanıldı

06 Oktyabr 2025 21:11see131

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see129

Azərbaycan şahmatçılarının 2025 ci il şahmat üzrə Dünya Kubokundakı rəqibləri bəlli olub

07 Oktyabr 2025 02:31see128

Manat əmanəti hansı bankda sərfəli deyil? ADLAR

07 Oktyabr 2025 23:52see127

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see125

Mütəxəssisdən xəbərdarlıq: Qrip peyvəndi ağır fəsadların qarşısını alır

06 Oktyabr 2025 17:46see125

Mavi İşığ ın 600 min vergi borcu var

06 Oktyabr 2025 23:50see124

Qərbi Azərbaycan Xronikası: Ruslar Cənubi Qafqaza daxil olandan sonra xalqımız dəfələrlə deportasiya olunub

07 Oktyabr 2025 02:00see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri