Xankəndi Dövlət Dram Teatrının bərpasına başlanılacaq
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Xankəndi şəhərində yerləşən Dövlət Dram Teatrının binasının bərpa işlərinə başlanılacaq.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilir ki, bərpa işlərinə 2025-ci il ərzində başlanılması planlaşdırılır.
Qeyd edək ki, Xankəndi Dövlət Dram Teatrının binası 1932-ci ildə inşa edilərək istifadəyə verilib. 1949-cu ildə binanın konstruksiyasına müəyyən əlavələr edilib. Bina sovet dövrü memarlığının əsas xüsusiyyətlərini özündə əks etdirir.
Teatr binası XX əsrin memarlıq abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli qərarı ilə "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 07 İyul 2025 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















