Reklam Agentliyinin 131 minlik tenderi ləğv edildi
Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxsin nəqliyyat vasitələri üçün ehtiyat hissələri və dövri texniki xidmətlərlə əlaqədar elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Tenderin ümumi dəyəri 131 705 AZN olub.
Cabir Həsənov

Minatəmizləmə Agentliyinin 700 minlik tenderi ləğv edildi
29 Aprel 2025 10:47
Qida Təhlükəsizliyi Agentliyinin 190 minlik tenderi ləğv edildi
18 Fevral 2025 10:28
DOST Agentliyinin milyonluq tenderi ləğv edildi
23 Yanvar 2025 09:51
Aqrar Xidmətlər Agentliyinin tenderi ləğv edildi SƏBƏB
04 Mart 2025 13:09
Dövlət Dəniz və Liman Agentliyinin 180 minlik tenderi ləğv edildi
18 Aprel 2025 08:05

