Rekord dərəcədə ekonom olan elektromobil hazırlandı
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Çinin GAC şirkətinin mühəndisləri faydalı iş əmsalı (FİƏ) 99,03 faiz olan yeni elektromotor hazırlayıblar. “Quark 2.0” adlandırılan mühərrikdə amorf polad və karbon lifindən istifadə edilib.
Modern.az xəbər verir ki, yeni mühərrikin əsas xüsusiyyətlərindən biri amorf poladdan hazırlanmış statordur. Bu material maqnit enerji itkilərini 60-80 faiz azaltmağa imkan verir.
Mühəndislər həmçinin 30 min dövr/dəqiqə sürətə davam gətirə bilən, karbon lifindən hazırlanmış rotordan istifadə ediblər. Onun cəmi 1 millimetr qalınlığında xüsusi korpusu var.
Bununla belə, amorf poladın yaratdığı vibrasiya və səs-küy mühəndislər üçün əlavə çətinlik yaradıb. Problemin aradan qaldırılması üçün elektromaqnit və konstruktiv optimallaşdırma aparılıb.
Yeni elektromotorun FİƏ göstəricisi 2025-ci ildə ABB tərəfindən hazırlanmış sənaye mühərrikinin 99,13 faizlik rekord göstəricisinə yaxınlaşıb.
Quark 2.0 mühərrikinin Aion və Hyptec markalı avtomobillərdə, o cümlədən yeni Aion i60 modelində istifadə edilməsi nəzərdə tutulur. İstehsal artıq başlayıb. Qiymətin münasib saxlanılması üçün mühəndislər ildə 300-400 min mühərrik istehsalına ehtiyac olduğunu bildirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 08 Noyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















