Icma.az
close
up
RU
Rekord qeydə alına bilər şatdaunun 30 cu günündə...

Rekord qeydə alına bilər şatdaunun 30 cu günündə...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prosesin noyabrın 27-nə qədər uzanacağı gözlənilir

Konqres 13-cü dəfə “yox” dedi

ABŞ tarixində ən uzunmüddətli hökumət bağlanması kimi yadda qalacaq proses hələ də davam etməkdədir. Xatırladaq ki, bağlanma artıq 30-cü gününə qədəm qoyur - ABŞ-da şatdaun 1 oktyabr gecə yarısı (Bakı vaxtı ilə səhər saat 8:00) maliyyə çatışmazlığı səbəbindən başlayıb. Bu, Konqresdəki hakim Respublikaçılar və müxalif Demokratlar partiyalarının nümayəndələrinin səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri üzrə razılığa gələ bilməməsi səbəbindən baş verib.

Müddətin bu qədər uzanması isə birmənalı qarşılanmır. Bağlanmanın ilk günlərində bəzi siyasətçilər bunu adi hal kimi qəbul edirdilər - bildirilirdi ki, yeni maliyyə ili başlamazdan əvvəl Respublikaçılar və Demokratlar arasında çətin büdcə danışıqlarının uğursuzluğu səbəbindən hökumət bağlanmaları ABŞ-da adi haldır. Hətta amerikalılar belə bu cür vəziyyətləri həddindən artıq dramatikləşdirməməyə meyllidirlər - amma indi vəziyyət fərqli görünür. Qeyd edək ki, ABŞ Senatının Konqresi son bir neçə həftə ərzində 13-cü dəfə Respublikaçılar Partiyasının təklif etdiyi federal hökumətin maliyyələşdirilməsi haqda qanun layihəsini rədd edib. Prosedur səsverməsi zamanı Nümayəndələr Palatası tərəfindən əvvəllər təsdiq edilmiş qanun layihəsi 54 üzv tərəfindən dəstəklənib, 45 senator isə əleyhinə səs verib. Qanun layihəsinin təsdiqlənməsi üçün 60 səs tələb olunur.

Demokratlar geri çəkilmir...

ABŞ KİV-lərinin məlumatına görə, prosesin bu qədər uzanmasında qarşılıqlı ittihamlar irəli sürülür. Belə ki, Respublikaçılar Demokratları bağlanmada əsas günahkar kimi görürlər - demokratları maksimalist adlandırırlar. Səbəb isə demokratların nəyin bahasına olursa olsun, Obamacare və Medicaid proqramları çərçivəsində səhiyyə xərclərinə əlavə 1,5 trilyon dollar əlavə etmək istəyidir. Demokratlar əlavə pulun inflyasiya səbəbindən artan sığorta haqları səbəbindən səhiyyə xidmətindən məhrum qala biləcək aşağı gəlirli amerikalılara subsidiya vermək üçün lazım olduğunu qeyd edirlər. Barak Obama dövründə qəbul edilən hər iki proqramı səmərəsiz hesab edən respublikaçılar isə bu addımı dövlət xərclərinin həddindən artıq şişirdilməsi sayırlar. Demokratlar da büdcə qəbul edilənə qədər dövlət qurumlarını müvəqqəti olaraq maliyyələşdirmək üçün qanunvericiliyi dəfələrlə bloklayaraq, geri çəkilmək istəmirlər.

Amma vəziyyət get-gedə ciddi hal almağa başlayır. Proses irəlilədikcə demokratların daxilində parçalanma baş verir. Partiyanı dəstəkləyən federal işçilər həmkarlar ittifaqı oktyabrın 27-də partiyanı Respublikaçılar tərəfindən təklif edilən müvəqqəti maliyyələşdirmə qanun layihəsini qəbul etməyə çağırıb. Demokratlar hələ də tərəddüd edirlər. Quinnipiac Universitetinin son sorğusuna görə, respondentlərin 45 faizi bağlanmada respublikaçıları, 39 faizi isə demokratları günahlandırır. Müstəqil seçicilər arasında (hər iki partiyanı dəstəkləməyənlər) fərq daha da böyükdür: 48 faiz respublikaçıları, 32 faiz isə demokratları bağlanmanın səbəbkarı kimi önə sürür. Bu isə hakim partiya üçün ciddi siqnaldır.

Hava limanlarında gecikmələr ola bilər...

Qeyd edək ki, noyabrın 1-dən ABŞ hökumətinin bağlanması davam etdiyi üçün Əlavə Qidalanma Yardımı Proqramı çərçivəsində ərzaq talonları da artıq amerikalılara verilməyəcək. ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, buna Senatın demokratlar qrupu səs verib. Bu isə bağlanma riskinin hətta gələn ayın axırına kimi davam edəcəyini deməyə əsas verir. ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna deyib ki, ABŞ-da federal hökumətin qismən bağlanması Şükran gününə (27 Noyabr) və ya daha çox davam edə bilər. Ağ Ev isə hesab edir ki, şatdaun davam etsə, tətil günləri də daxil olmaqla aviareyslərin kütləvi yubanmları və ləğvi gözlənilir. Ağ Evin sözçüsü Kerolayn Livitt bildirib ki. “Demokratlar şatdaunu uzatsalar, bizi ölkənin əsas hava limanlarında əhəmiyyətli uçuş gecikmələri və ləğvləri gözləyir”. Onun sözlərinə görə, narahatlıqlar xüsusilə ABŞ-da noyabrın sonunda qeyd olunan Şükranlıq gününün yaxınlaşması ilə əlaqədardır - bu zaman hava limanları xüsusən yüklənir. Ağ Ev hesab edir ki, hökumətin işini dayandırması ABŞ-ın hava təhlükəsizliyini təhlükə altına qoyur.

Bəzi hərbi qulluqçuların maaşı ödənəcək...

Görünən budur ki, məsələ yalnız əməkhaqqları və ya bağlanmalar, eləcə də infrastrukturun “süstülüyü” ilə yekunlaşmır - məsələ daha ciddi hal alır. ABŞ federal hökumətinin fəaliyyətinin dayandırılması (şatdaun) nəticəsində Energetika Nazirliyi Milli Nüvə Təhlükəsizliyi İdarəsinin 1400 əməkdaşını ödənişsiz məzuniyyətə göndərməyə məcbur qalıb. Bu hal ABŞ-ın nüvə silahı istehsalı ilə bağlı hədəflərinə çatmasına mane ola bilər. CNN-in məlumatına görə, qalan işçilər fəaliyyətlərini davam etdirirlər, halbuki ABŞ Prezidenti Donald Trampın administrasiyası idarədən modernləşdirilmiş silahların Pentaqona daha qısa müddətdə çatdırılmasını tələb edir. Mənbələrin bildirdiyinə görə, istehsalın qısamüddətli dayandırılması belə silahların hazırlanma müddətini aylarla, hətta illərlə gecikdirə bilər. Çünki nüvə materialları ilə işin təhlükəsiz şəkildə dayandırılması olduqca mürəkkəb prosesdir. Qeyd edirik ki, administrasiyanın bu addımları onun milli təhlükəsizlik sahəsində irəli sürdüyü iddialı hədəflərlə ziddiyyət təşkil edir.

ABŞ-ın Prezident administrasiyası isə Federal hökumətin maliyyələşdirilməsinin dayanmasına baxmayaraq, oktyabrın 31-də bəzi hərbi qulluqçulara maaş ödəyə biləcək. ABŞ-ın vitse-prezidenti J.D.Vens bu açıqlamanı verib. “Hesab edirik ki, cümə günü hərbi qulluqçulara maaş ödəməyə davam edə biləcəyik. Təəssüf ki, demokratlar bizi çox çətin vəziyyətə saldıqları üçün hamıya maaş verə bilməyəcəyik”, - o qeyd edib.

“Politico” yazır ki, Pentaqon oktyabrın əvvəlində tədqiqat və inkişaf üçün ayrılmış vəsaitlərdən istifadə edərək xidmətdə olan hərbi qulluqçulara maaş ödəyib. Vens bu dəfə ödənişlər üçün planlaşdırılan maliyyələşdirmə mənbələrini açıqlamayıb.

Vəziyyət uzanarsa...

Xatırladaq ki, bağlanma zamanı bəzi dövlət işçilərinə məcburi ödənişsiz məzuniyyət verilir. Onlara işə gəlmək, xidməti avadanlıqdan istifadə etmək, öz vəzifələrini yerinə yetirmək qadağan olunur. Milli parklar və muzeylər bağlanır, elmi tədqiqatlar dayandırılır, IRS auditləri dayandırır və Kiçik Biznes İdarəsi yeni şirkətlərə kreditlərin verilməsini bloklayır. Yeni pasportlar və vizalar işlənmir. Podratçılar - mühafizəçilər, təmizləyicilər və başqaları da ödənişsiz qalırlar.

İnsanların və əmlakın təhlükəsizliyini təmin edən xidmətlər, eləcə də işi Konstitusiyada təsbit olunmuş vəzifəli şəxslər - prezident, Konqres üzvləri, hakimlər, hərbi qulluqçular, federal hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət xəstəxanalarının həkimləri, aviadispetçerlər, qida təhlükəsizliyi müfəttişləri öz işlərini davam etdirirlər. Hər bir qurum maaş almadan işləməli olan işçilərin siyahısını tərtib edir. Sosial təminat proqramları (Medicare, Medicaid, əlillik ödənişləri) və ABŞ Poçt Xidməti fəaliyyətini davam etdirir - onlar ayrıca maliyyələşdirilir. Klinikalar və veteranların sağlamlıq xidmətləri də fəaliyyətini davam etdirir- baxmayaraq ki, bəzi xidmətlər, məsələn, milli qəbiristanlıqların saxlanması müvəqqəti olaraq dayandırıla bilər.

Qeyd edək ki, hazırkı vəziyyət ABŞ-da müasir büdcə qaydalarının qəbul edildiyi 1976-cı ildən bəri maliyyələşmədə 21-ci analoji gecikmədir. 1980-ci ilə qədər belə fasilələr hökumətin fəaliyyətinə mane olmurdu. Baş prokuror Benjamin Sivilettinin (1980-1981) prosesi tənzimləyən qərarlarından sonra vəziyyət dəyişdi - o, federal qurumların təsdiq edilmiş büdcə olmadan fəaliyyət göstərmək hüququnun olmadığını təsdiqlədi. 1990-cı ildən bu yana hətta bir neçə saatdan çox davam edən hər hansı maliyyə gecikməsi rəsmi olaraq bağlanma hesab olunur. Ən uzun bağlanma isə Donald Trampın birinci prezidentliyi dövründə baş verib: 34 gün (22 dekabr 2018-ci il - 25 yanvar 2019-cu il).

P.İsmayılov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Oktyabr 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri