Icma.az
close
up
RU
Rekord təkrarlandı: İkiqat çempionluq

Rekord təkrarlandı: İkiqat çempionluq

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

I Liqada çempion müəyyənləşib. “Qəbələ” MOİK üzərində 1:0 hesablı ev qələbəsi ilə sona 4 tur qalmış qızıl medallara sahib çıxıb.

Sportal.az xəbər verir ki, Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda xallarını 58-ə çatdırıb. I Liqanın lideri 2-ci pilləni 14 xal qabaqladığı üçün 1-ci yeri təmin edib.

Bu, “qırmızı-qaralar”ın ikinci belə uğurudur. Bölgə təmsilçisi 2005/06 mövsümündə də birinci dəstənin qalibi olub. Həmin vaxt Xanları təmsil edən “Gilan” sonradan Qəbələyə köçüb, bir müddət sonra adını da dəyişib.

“Qəbələ” müxtəlif illərdə I dəstə və I divizion adlanan I Liqada 2 dəfə çempionluq yaşayan 6-cı komandadır. Bunadək 5 komanda - “Araz Naxçıvan”, MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” I Liqada çempionluq sayında rekorda sahib olub. Ümumilikdə, 26 klub aşağı dəstədə 1-ci yeri tutub.

Düzdür, 1993/94 mövsümündə iki qrupun qalibi arasında final baş tutmayıb. Güclülər dəstəsinə yüksələn hər iki komanda liqanın qalibi sayılıb. 1997/98, 1998/99, 2002/03 mövsümlərində yarış keçirilməyib.

I Liqanın qalibləri

1992. ANS Pivani (Bakı)

1993. Xəzri (Buzovna)

1993/94. Azneftyağ (Bakı) və Zabrat

1994/95. Şəmkir

1995/96. Xəzər (Sumqayıt)

1996/97. Göyçay

1999/2000. Şahdağ (Quba)

2000/01. MOİK (Bakı)

2001/02. Lokomotiv (İmişli)

2003/04. Gənclərbirliyi (Sumqayıt)

2004/05. Şüvəlan (Bakı)

2005/06. Qəbələ

2006/07. Masallı

2007/08. Bakılı

2008/09. ABN (Bərdə)

2009/10. Kəpəz (Gəncə)

2010/11. Abşeron (Bakı)

2011/12. Qaradağ Lökbatan (Bakı)

2012/13. Ağsu

2013/14. Araz Naxçıvan

2014/15. Neftçala

2015/16. Neftçala

2016/17. Turan Tovuz

2017/18. Xəzər (Bakı)

2018/19. MOİK (Bakı)

2019/20. Turan Tovuz

2020/21. Neftçi-2 (Bakı)

2021/22. Qaradağ Lökbatan (Bakı)

2022/23. Araz Naxçıvan

2023/24. Şamaxı

2024/25. Qəbələ

Qeyd edək ki, turnirin qalibləri həmin vaxt olduğu deyil, sonradan daşıdığı adla göstərilib. 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sportal.az
archiveBu xəbər 26 Aprel 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri