Icma.az
close
up
RU
Rekordlar kitabına düşməsə də, əsl rekordçu oldu

Rekordlar kitabına düşməsə də, əsl rekordçu oldu

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hindistanın Madhya Pradeş ştatında yerləşən Panna Pələngləri Qoruğu bu ayın əvvəlində qeyri-adi bir vida mərasiminə şahidlik edib. Asiya qitəsinin bilinən ən yaşlı fili olan Vatsala 100 ildən artıq ömrünün sonunda dünyasını dəyişib. Fillər arasında bu qədər yaşlı fərdlərin mövcudluğu olduqca nadir hadisə sayılır.
Bakıvaxtı.az “Qaynarinfo.az”a istinadən xəbər verir ki, Vatsala həyatı boyunca ətrafındakıların sevgisini qazanmış, illər ərzində baxıcıların və digər fillərlə birgə böyüyən balaların gözündə bələdçi fiqura çevrilmişdi.
Qoruqda uzun müddət çalışan baxıcılar onun itkisini dərin hüznlə qarşılayıblar.

Hindistan Meşə Xidmətləri əməkdaşı Anupam Şarma sosial mediada etdiyi paylaşımda "Pannanın 100 yaşını keçmiş matriarxı Vatsalaya vida edirik. Onun zərif varlığı onu tanıyan hər kəsin yaddaşında silinməz iz qoydu” sözlərini qeyd edib. Paylaşımda həmçinin Vatsalanın illər ərzində həyata keçirilən xilasetmə əməliyyatlarına və balaların böyüdülməsinə verdiyi töhfələr də vurğulanıb.

Vatsalanın həyat hekayəsi olduqca maraqlıdır. Onun Kerala meşələrində doğulduğu və gənclik illərində yük daşımaq üçün istifadə edildiyi məlumdur. 1972-ci ildə, təxminən 50 yaşında ikən Madhya Pradeşə gətirilmiş və 1993-cü ildə Panna qoruğuna yerləşdirilmişdi. Heç vaxt cütləşməmiş və zamanla bölgənin sevilən dişi liderlərindən birinə çevrilmişdi. Dişsiz olub, lakin bu hal nə davranışlarına, nə də sosial münasibətlərinə təsir göstərməmişdi.
2020-ci ildə keçirdiyi katarakt nəticəsində görmə qabiliyyətini itirsə də, Pannadakı həyatına sakit gəzintilərlə davam edib.
Sadiq baxıcısı Maniramın rəhbərliyində təbiətdə vaxt keçirməkdə davam edib. Maniram yerli qəzetə verdiyi açıqlamada "O, sanki bir nənə idi. Balalara qayğı göstərər, onları qoruyardı, amma erkək fillərlə həmişə məsafə saxlayardı” deyib.

Bu məsafə bəzən onun üçün təhlükəli olub. 2003 və 2008-ci illərdə Ram Bahadur adlı erkək filin hücumlarına məruz qalıb. Xüsusilə ilk hücum ağır nəticələr doğurub – qarın nahiyəsində yırtıqlara səbəb olub və doqquz ay davam edən müalicə ilə sağala bilib.
Vatsalanın doğumu ilə bağlı rəsmi sənəd olmadığı üçün Ginnesin Rekordlar Kitabına daxil olmaq mümkün olmayıb.
Çünki XX əsrin əvvəllərində doğulan fillər üçün doğum qeydləri aparılmırdı. Hazırda sənədləşdirilmiş ən yaşlı fil unvanı 2003-cü ildə 86 yaşında vəfat edən Tayvanda yaşamış "Lin Vanq” adlı fila məxsusdur.

Ümumilikdə, böyük quru və su canlılarının kiçik növlərə nisbətən daha uzun ömürlü olduğu məlumdur. Qrenlandiya köpəkbalığı, qütb balinası, Qalapaqos tısbağası və insan bu qəbildən nümunələrdir. Lakin bu qayda həmişə keçərli deyil. Məsələn, mağara salamandraları və ev tısbağaları kimi bəzi kiçik növlər uzunömürlülükləri ilə bu ümumi meyldən kənara çıxırlar.

Maraqlısı odur ki, böyük canlılarda daha çox hüceyrə olduğu üçün onlar nəzəri olaraq xərçəng və hüceyrə pozulmalarına qarşı daha həssas olurlar. Buna baxmayaraq, bu canlılar orqanizmlərini qorumaq üçün xüsusi təkamül mexanizmləri inkişaf etdiriblər. Alimlər bu mexanizmlərin necə işlədiyini daha dərindən anlayaraq insan ömrünü uzatmaq üçün faydalı ipuclarına çatmağı ümid edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 İyul 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri