Icma.az
close
up
RU
Rektordan çağırış: Dəyişməyən universitet öz missiyasını itirir

Rektordan çağırış: Dəyişməyən universitet öz missiyasını itirir

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Əgər universitet yalnız mövcud əmək bazarının tələblərinə uyğun mütəxəssis yetişdirirsə, bu, təhsilin inkişafını əngəlləyən bir amilə çevrilə bilər.

Modern.az xəbər verir ki, bu sözləri UNEC-in rektoru Ədalət Muradov AzEdu.az-a müsahibəsində deyib.

Rektor qeyd edib ki, klassik, ənənəvi universitet modeli artıq öz dövrünü başa vurmuş sayılır:

"Birinci Sənaye İnqilabı dövründə formalaşmış universitet modeli bu gün də demək olar ki, eyni formatda fəaliyyətini davam etdirir. Nəzərə almalıyıq ki, Dördüncü Sənaye İnqilabı dövründə həmin model artıq effektiv nəticə vermir. Ümumiyyətlə, ali təhsil bu gün sürətli iqtisadi və texnoloji dəyişikliklərdən geri qalır. Bu gün texnologiya şirkətləri artıq innovasiya mərkəzlərinə çevrilir. Məhz buna görə də universitet modeli dəyişməlidir. Dünyada bu istiqamətdə çoxsaylı maraqlı müzakirələr gedir. Ən çox səsləndirilən yanaşmalardan biri odur ki, təhsil tələbə mərkəzli və adaptiv olmalıdır. Eyni zamanda, təhsil sistemi daha çox bacarıqların inkişafına fokuslanmalıdır. Müəllimin auditoriyanın mərkəzində dayanıb mühazirə oxuması və ertəsi gün tələbələrin həmin mühazirəni sadəcə təkrar etməsi modeli artıq özünü doğrultmur. Universitet dəyişikliklərlə ayaqlaşa bilmədikcə, liderlik missiyasını itirir. Halbuki universitet bu dəyişikliklərin önündə getməli, təşəbbüskar və yönverici olmalıdır.

Bu gün ən çox səslənən fikirlərdən biri də budur ki, ali təhsil müəssisələri əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlamalıdır. Lakin bu yanaşma çox ciddi müzakirə tələb edir. Belə ki, əgər universitet yalnız mövcud əmək bazarının tələblərinə uyğun mütəxəssis yetişdirirsə, bu, təhsilin inkişafını əngəlləyən bir amilə çevrilə bilər. Çünki bugünkü mövcud əmək bazarının vəziyyəti, əslində, universitet üçün inkişaf hədəfi yox, sadəcə hazır vəziyyəti əks etdirir. Əgər ali məktəblər öz fəaliyyətlərini yalnız bu çərçivədə qursalar, bu, universitetlərin inkişafını “dondura” bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 May 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri