Icma.az
close
up
RU
Rektordan Ramiz Mehdiyevlə bağlı inanılmaz sözlər: “Filosof”, “müdrik dövlət xadimi”…

Rektordan Ramiz Mehdiyevlə bağlı inanılmaz sözlər: “Filosof”, “müdrik dövlət xadimi”…

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Barəsində ev dustaqlığı tədbiri seçilən Prezident Adminstrasiyasının Ramiz Mehdiyevlə bağlı arxiv görüntülər və çıxışlar yenidən müzakirə mövzusuna çevrilib.
Demokrat.az Editor.az-a istinadən xəbər verir ki, həmin çıxışlardan biri 2018-ci ildə Azərbaycan Dillər Universitetində baş tutan təqdimat mərasiminə aiddir. Universitetin rektoru, akademik Kamal Abdulla Ramiz Mehdiyevin kitabının təqdimatında keçmiş PA rəhbərini ” filosof”, “müdrik dövlət xadimi” kimi xeyli tərifləyib:
Akademik Ramiz Mehdiyevin onlarla bu cür əsərinin olduğunu vurğulayan K.Abdulla bunların hamısının bir sistem kimi bütövlükdə azərbaycançılığın, dövlətçiliyin fəlsəfəsinə həsr edildiyini deyib:
“Bu əsərlər göstərir ki, bugünkü dövlətçiliyimiz qarşısında duran problemləri, onun fəlsəfəsini dərindən dərk edən bir filosof kimi Ramiz müəllim Azərbaycanın gələcəyinin qurulması ilə bağlı dövlət təcrübəsindən istifadə edən son dərəcə müdrik dövlət xadimidir.Ramiz müəllim bir filosof, alim, dövlət xadimi kimi Azərbaycan dövlətçiliyinin inkişaf etdirməsində bu gün də çalışır, elmi, fəlsəfi fəaliyyətini davam etdirir. Azərbaycanşünaslıq problemləri istər qədim dövrdə, istər XVI əsrdə, istərsə də bu gün Azərbaycan və onun ətrafındakı dövlətlərin münasibətinin öyrənilməsində aktuallıq kəsb edir ki, bu baxımdan akademik Ramiz Mehdiyevin erməni dövlətinin, dininin, cəmiyyətinin formalaşması ilə bağlı fikirləri son dərəcə maraqlıdır və azərbaycanşünaslıq istiqamətində aparılan araşdırmalara işıq saçan bir tədqiqatdır. Əsər Qriqorian kilsəsinin Səfəvi dövlətinə qarşı apardığı casusluq, dağıdıcılıq işlərinin aşkar edilməsi istiqamətində elmi, ictimai və dövlətçilik baxımdan son dərəcə qiymətlidir.”
Editor.az-ın araşdırmaları göstərir ki, Kamal Abdullanın rəhbəlik Azərbaycan Dillər Universiteti mütəmadi oolaraq, Ramiz Mehdiyevin kitablarının təqdimatlarına ev sahibliyi edib. Keçmiş PA rəhbərinin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsi də 2019-cu ilin aprelin 30-da universitetdə keçirilib.
Həmin tədbirdə də ADU-nun rektoru Kamal Abdulla Ramiz Mehdiyevin şəninə xeyli tərif edib: “Akademik Ramiz Mehdiyev tariximizin, ictimai-siyasi fikrimizin xüsusi əhəmiyyət daşıyan nöqtələrinə nüfuz edib. Bu kitab bir daha göstərir ki, Azərbaycan tarixinin çox vacib mənbələri olan sənədlərdən doğru-düzgün, məqsədəuyğun, konseptual şəkildə istifadə olunarsa, biz hansı perspektivlərə, üfüqlərə çıxa bilərik. Bu üfüqlərdən biri keçmiş tariximizi bugünümüz qədər dərk etmək, bugünümüzdə ondan mənalı şəkildə istifadə etməkdir”.
Qeyd olunan tədbirdə bu günlərdə həbs edilən Ramiz Mehdiyevi köməkçisi, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Eldar Əmirov iştirakçıları akademik Ramiz Mehdiyevin adından salamlayıb. O, kitabın müzakirəsinin təşkil olunması üçün yaradılan şəraitə görə ADU-nun rəhbərliyinə təşəkkürünü bildirib.
Məlumatlı mənbələr qeyd edir ki, rektor Kamal Abdullanın adı dəfələrlə mediada Ramiz Mehdiyevə ən yaxın şəxslər sırasında çəkilib. Bu baxımdan Kamal Abdullanın onun kitabları üçün ayrıca təqdimat mərasimi təşkil etməsi və ünvanına “filosof”, “müdrik dövlət xadimi” kimi təqdim etməsi təsadüfi deyil.
Editor.az xəbər verir ki, Kamal Abdullanın 2019-cu ildə yazdığı “Multikulturalizmə Giriş” kitabının da redaktoru məhz Ramiz Mehdiyev olub. Və nə təsadüfdürsə, kitab Ramiz Mehdiyevə aid olduğu şübhə doğurmayan “Şərq Qərb” nəşriyyatında dərc edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Noyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri