Icma.az
close
up
RU
Rektordan təhsil müddətinin azaldılması ilə bağlı AÇIQLAMA

Rektordan təhsil müddətinin azaldılması ilə bağlı AÇIQLAMA

Icma.az, Avtosfer saytına istinadən bildirir.

"Bakalavr təhsilinin 3, magistr təhsilinin isə 1 ilə endirilməsinin müzakirə olunduğu haqqında məlumat oxudum. Təhsilin gələcəyi və gələcəyin təhsili baxımından bu mövzunu kifayət qədər əhəmiyyətli və zəruri hesab edirəm. Eyni zamanda, inanıram ki, yalnız təhsil müddətinin azaldılması ilə təhsilin "sıçrayışlı" inkişaf etməyəcəyini və təhsildə "hər şeyin düzəlməyəcəyini" hamı qəbul edir".

Avtosfer.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov özünün "Facebook" hesabında paylaşım edib.

Rektor mövzuya aidiyyəti olduğunu nəzərə alaraq oxuduğu bir məlumatı da bölüşüb: "Söhbət doktorantura təhsilinin müddətinin azaldılmasından gedir. Norveç Biznes Məktəbinin professoru Adrian Furnham hesab edir ki, eksperimental elmlər üzrə PhD proqramını 15–18 ay ərzində uğurla başa çatdırmaq mümkündür. Onun fikrincə, doktoranturanın məqsədi uzun illər davam edən tədqiqat deyil, müstəqil elmi araşdırma aparmaq bacarığını nümayiş etdirməkdir. Müəllif doktorantların ilk semestrlərdən etibarən elmi rəhbərlə birlikdə real tədqiqatlara qoşulmasını, məlumat toplamasını, təhlil aparmasını və nəticələri nüfuzlu elmi jurnallarda dərc etdirməsini tövsiyə edir. O, hesab edir ki, nəşr olunmuş elmi məqalələr uğurlu PhD-nin ən etibarlı göstəricisidir.

Professor Adrian Furnham onun fikrinə qarşı səslənən üç əsas etiraza da cavab verir:

Bu yanaşmanın yalnız psixologiyada mümkün olması fikrini qəbul etmir;

Doktorantların tədqiqatçı kimi işləməsini istismar deyil, ən effektiv öyrənmə üsulu hesab edir;

PhD-nin əsas məqsədinin böyük həcmli əsər yazmaq deyil, tədqiqat səriştəsini sübut etmək olduğunu vurğulayır.

Beləliklə, A. Furnham əmindir ki, PhD-nin keyfiyyəti onun neçə il davam etməsi ilə deyil, doktorantın qazandığı tədqiqat bacarıqları və ortaya qoyduğu elmi nəticələrlə ölçülməlidir. Başqa sözlə, PhD tədqiqat aparmaq bacarığını təsdiqləyən bir sertifikatdır. Düşünməyə dəyər".

"Bütün hallarda, bu kimi aktual məsələlərin müzakirə predmetinə çevrilməsi çox faydalıdır. Əyrini daha təkmil etməyə çalışmağa dəyməz. Həqiqət odur ki, təhsilin gələcəyi və eləcə də gələcəyin təhsilini necə görürük sualı cavabını gözləyir", - Ə. Muradov yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Sentyabr 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri