Icma.az
close
up
RU
Rektorların reytinq sevinci nəyi gizlədirlər?

Rektorların reytinq sevinci nəyi gizlədirlər?

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Xüsusilə sosial şəbəkələrdə aktiv olan universitet rəhbərləri təmsil etdikləri ali təhsil ocağının beynəlxalq reytinqlərdə yer tutması ilə bağlı məlumatlar paylaşırlar. Ancaq çox vaxt rektorlar universitetin hansı kateqoriya üzrə və neçənci yer tutmasını açıqlamırlar. Maraqlıdır, universitet rəhbərləri bunu niyə açıqlamır və ya açıqlamaq istəmir? Rektorlar təmsil etdikləri universitetlərin niyə hansı sahə üzrə yer tutduqlarını açıqlamaqda maraqlı deyillər?

Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən sabiq deputat, təhsil üzrə ekspert Etibar Əliyev bildirib ki, universitetlərimizin reytinqə daxil olması sevindiricidir, ancaq reytinqə daxil olan universitetlərimizin əksəriyyəti 801-1000 aralığında yerləşir:

“Bu yaxınlarda Elm və Təhsil Nazirliyi də söylədi ki, bizim 6 universitetimiz dünyanın tanınmış min ali məktəblərinin sırasında yer alıb. Əslində burada söhbət QS reytinqindən gedir. QS reytinqinin də digər reytinqlər kimi özünün metodologiyası var. Burada əsas göstərici kimi – universitetlərin elmi tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıqları, müəllim tələbə nisbəti, məqalələrin sitat göstəriciləri və müxtəlif meyarlar qiymətləndirilir. Əlbəttə, bizim universitetlərin min universitet sırasında yer alması, şübhəsiz ki, uğurlu nəticədir. Ancaq bir məsələni də nəzərə almaq lazımdır ki, reytinqə daxil olan universitetlərimizin əksəriyyəti 801-1000 aralığında yerləşir, ön sıralarda təmsil olunmurlar.
Elmi məqalələrin sayının və onların nüfuzlu jurnallarda sitat göstərilməsinin azlığı, eyni zamanda xarici professorların az cəlb olunması, xarici tələbələrin sayının az olması da bizim nəticələri məhdudlaşdırır.

Digər tərəfdən isə başqa bir göstərici də var və həmin göstərici proqramlar üzrə olan göstəricidir. Dünən QS reytinqi açıqladı ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2026-cı il üzrə Qlobal EMBA reytinqi üzrə dünyada ən yaxşı 201-250-ci yerdə qərarlaşıb. Əlbəttə, bu çox böyük uğurdur”.

E.Əliyev əlavə edib ki, ancaq dünyada QS reytinqi bir o qədər nüfuzlu reytinq sayılmır. Onun sözlərinə görə, hazırda mövcud 3 nüfüzlü reytinq var:

“Bu, Şanxay Universitetinin reytinqi, Times və Webometric reytinqlərdir ki, bizim universitetlər hələlik həmin reytinqlərdə yer ala bilmir. Çünki onların şərtləri həddindən artıq ağırdır.
Hesab edirəm ki, növbəti 10 illiklərdə bizim universitetlər həmin o reytinqlərdə yer ala bilməyəcəklər. Çünki məhdud sayda universitetlərin reytinqi orada açıqlanır. Buna görə də universiterlər hazırda təhsilin keyfiyyətinin yaxşılaşdırılması, Elmi tədqiqatların aktivlik indeksinə diqqət yetirməli, xarici professorları cəlb etməlidirlər. Xüsusilə də təbiət elmlərindən olan tədqiqatlara cəlb etməlidirlər ki, universitetlərimizin reytinqi yaxşılaşsın.

Bir də var universitetlərin ölkə daxilindəki reytinqi. Biz sürətli inkişaf edən universitetləri müşahidə edirik. Onlar sürətli inkişaf yolunu seçiblər. Lakin digər universitetlərdə hələlik durğunluq hökm sürür. Laboratoriyalar köhnədir, professor müəllim heyətinin tərkibi zəifdir və desertasiyalardakı plogiatlar, eyni zamanda, birinin işinin başqası tərəfindən yazılması, əlbəttə ki alim etikasına, universitet adına çox böyük zərbədir”.

Nigar İxtiyarqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 18 Sentyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri