Icma.az
close
up
RU
Rektorların təhsil aldığı ixtisaslar SİYAHI

Rektorların təhsil aldığı ixtisaslar SİYAHI

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Bu gün ali təhsil müəssisələrinə rəhbərlik edən rektorların keçdiyi təhsil yolu hər zaman maraq doğurur. Onların hansı ixtisaslar üzrə təhsil aldıqları, hansı sahələrdən gəldikləri rəhbərlik üslublarına da müəyyən təsir göstərir. Bəziləri iqtisadiyyat, hüquq və ya idarəetmə sahələrində, digərləri isə tam fərqli istiqamətlərdə təhsil alaraq bu mövqeyə yüksəliblər. Bu yazıda hazırda fəaliyyət göstərən rektorların bir zamanlar seçdikləri ixtisaslara nəzər salacağıq.

Globalinfo.az bildirir ki, AzEdu.az rektorların oxuduqları ixtisaslarla bağlı araşdırma edib:

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov:
1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq ticarət” ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub, daha sonra təhsilini Türkiyədə davam etdirərək 2003–2004-cü illərdə Egey Universitetində və 2004-2006-cı illərdə Dokuz Eylül Universitetində “Beynəlxalq biznesin idarə edilməsi” ixtisası üzrə magistratura təhsilini tamamlayıb.

2006-2010-cu illərdə isə Qərb Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alıb və eyni zamanda 2006–2007-ci illərdə Beynəlxalq Ticarət İnstitutunda “Elektron ticarət” ixtisasını distant formada başa vurub.

Azərbaycan Dövlət İqtisad Univeritetinin rektoru Ədalət Muradov:

1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov:

Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov: 

1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız olaraq-müsabiqədən kənar qəbul olub.

Həmçinin, 2014–2016-cı illərdə ADA və Maastrixt Universitetinin birgə MBA proqramını və 2018–2020-ci illərdə isə Oksford Universitetinin Said Biznes məktəbində ali biznes idarəçiliyi, “Executive MBA” proqramını bitirib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev:

1996-2000-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisasının bakalavr, 2000-2002-ci illərdə isə həmin universitetin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev:

1978-1983-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini oxuyub.

 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova:

1971-1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır. 1982–87-ci illərdə təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində davam etdirib.

Azərbaycan Dövlət  Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov:

1983-cü ildə Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov:

1972-1978-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova:

Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuş və 1976-cı ildə yeni yaranmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirmişdir.

 Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov:

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib.

Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev:

1975-ci ildə Moskva Avtomobil və Yollar İnstitutunu “Avtomobil yolları” ixtisasını bitirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Mart 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see279

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see209

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see199

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see196

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see190

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see181

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see180

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see176

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see174

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see172

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see168

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see166

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see166

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see162

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see161

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see159

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see155

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see155

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri