Icma.az
close
up
RU
Rektorun qızını aldadıb 57 minlik qızıllarını aldılar FOTO

Rektorun qızını aldadıb 57 minlik qızıllarını aldılar FOTO

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 36 yaşlı Əliyev Mikayıl Mahir oğlu 3 nəfərə qarşı dələduzluqda ittiham olunur.

İstintaq materiallarında yazılanlara əsasən, Mikayıl Əliyevin əməlindən ən çox zərər çəkən Xəlilova Aygün Zöhrab qızıdır. Mikayılla uzun müddətdir tanış olan qadın onun kiməsə borclu olduğuna və ödəməyəcəyi halda həbs ediləcəyi ilə bağlı dediklərinə inanıb. A.Xəlilova sonradan qaytarmaq şərti ilə 57 min 600 manatlıq qızıl-zinət əşyalarını lombarda qoyub pul götürməsi üçün ona verib. Buraya 30 min manatlıq "Van Cleef & Arpels" markalı bir cüt sırğa və digər qızıllar daxildir. 

Amma təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını geri qaytarmayıb. İş elə gətirib ki, əvvəl Mikayılın həbsə düşməməsi üçün ona borc verən Aygün sonradan onun həbsi üçün çalışıb. 

Məsələ ilə bağlı təqsirləndirilən şəxsin vəkili Vüqar Kazımovla əlaqə saxladıq. Vəkilin münasibətindən belə aydın oldu ki, müvəkkili özünü heç bir epizod üzrə təqsirli bilmir. Onlar topladıqları dəlil və sübutları məhkəmə istintaqında ortaya qoyacaqlar. Müdafiəçi müvəkkilinə istinadən onu da qeyd edib ki, bu cinayət işinin başlanması üçün şikayət ərizəsini ilk olaraq zərərçəkmiş Aygünün rektor anası İradə Xəlilova yazıb.

Məlumat üçün bildirək ki, fəlsəfə doktoru olan İradə Xəlilova Xəzər Universitetinin rektorudur. O, Xəzər Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsində müstəntiqə ifadə verib. Rektor məhkəmə istintaqında dindiriləcək şahidlər siyahısına da daxil edilib.

İş üzrə digər zərərçəkənlər İlyasov Fariz Ramiz oğlu və Tağıyev Habil Əli Abas oğludur. Təqsirləndirilən şəxs onlara Gürcüstandan avtomobil gətirəcəyi ilə bağlı yalan vəd verib. Bu iş üzrə əsas zərərçəkən isə Aygündür. Digərlərinin itirdiyi pul cəmi 5 min manatdır. 

Mikayıl Əliyevə külli miqdarda dələduzluq ittihamı elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Artıq iş üzrə ibtidai istintaq hərəkətləri də tamamlanıb.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Dekabr 2024 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see170

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see164

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see148

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see142

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see140

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see140

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see139

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see137

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see134

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see133

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see132

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see131

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see129

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see127

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see125

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see124

Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

23 İyul 2025 18:27see121

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see119

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see117

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri