Renan Santana: “Əsas məqsədimiz kuboku qazanmaqdır”
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Komandamız üçün böyük qələbə oldu. Oyuna konkret məqsədlə və tam konsentrasiya ilə çıxdıq". Bu sözləri Sport24.az-a "Sumqayıt"ın futbolçusu Renan Santana deyib.
O, "Kür-Araz"ı 11:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Kubokunun II təsnifat mərhələsinin oyunu haqqında fikirlərini bölüşüb:
"Meydanda hər kəs əlindən gələni etdi. Böyük əzmkarlıq və fədakarlıq göstərdik. Nəticədə, qarşımıza qoyduğumuz vəzifənin öhdəsindən gəldik. Bu mövsüm bizim üçün həm çox çalışdığımız, həm də təcrübə qazandığımız bir dövrdür. Hər oyundan nəticə çıxarmağa, çatışmazlıqlarımız üzərində işləməyə və daha da inkişaf etməyə çalışırıq. Qarşıda bizi hələ çox oyun gözləyir. Buna görə də indiki nəticə ilə kifayətlənməməli, eyni əzmlə yolumuza davam etməliyik. Əsas məqsədimiz mövsümü mümkün olan ən yaxşı nəticələrlə başa vurmaqdır".
Santana bildirib ki, meydana çıxdıqları hər yarışda qalib gəlmək düşüncəsi ilə mübarizə aparırlar:
"Kubokda da hədəfimiz dəyişməzdir: sona qədər irəliləmək və kuboku qazanmaq istəyirik. Bununla yanaşı, çempionatda da mümkün qədər yüksək pillədə qərarlaşmağı qarşıya məqsəd qoymuşuq. Bilirik ki, bu hədəflərə çatmaq üçün hər oyuna ciddi yanaşmaq lazımdır. İnanırıq ki, bu yanaşma ilə mövsümün sonunda istədiyimiz nəticələri əldə edə bilərik".
Qeyd edək ki, "Sumqayıt" Azərbaycan kubokunun 1/8 finalda "Qarabağ"la qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 28 Oktyabr 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















