Icma.az
close
up
RU
“Renessans titan” mifi: Kamal Abdulla və Ramiz Mehdiyev epizodu KONKRET

“Renessans titan” mifi: Kamal Abdulla və Ramiz Mehdiyev epizodu KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın Ramiz Mehdiyev haqqında irəli sürdüyü həddindən artıq mübaliğəli və obyektiv tarixi faktlarla səsləşməyən tərifləri cəmiyyətdə ürəkbulandırıcı çıxış kimi yadda qalacaq.

İsa Həbibbəylidən sonra rektorun fikirləri Azərbaycan akademik mühitində son illər müşahidə olunan ən ciddi reputasiya aşınmalarından bir nümunədir. Çıxışda istifadə olunan metaforik konstruksiyalar — xüsusilə “Renessans titanları” kimi təsvirlər elmi dəqiqlik və tarixi məsuliyyət prinsiplərindən kənara çıxmaqla bərabər, akademik dildə məqbul olmayan kultlaşdırma semantikasını aktivləşdirir.

Ramiz Mehdiyevin uzun illər dövlət idarəçiliyində tutduğu mövqe, siyasi institutlara təsir imkanları və ideoloji aparatın formalaşmasındakı rolu akademik araşdırmalar üçün şübhəsiz materialdır. Lakin bu fəaliyyətin nəticələri, o cümlədən idarəçilik modellərinin avtoritar xüsusiyyətləri, siyasi rəqabətin məhdudlaşdırılması, elmi institutların siyasət alətinə çevrilməsi və son illərdə ailə yaxınlarının vətənə xəyanət maddəsi ilə bağlı cinayət proseslərində adı hallanması, obyektiv təhlilin ayrılmaz hissəsidir. Bu kontekstdə Kamal Abdullanın çıxışı yalnız akademik neytrallığın pozulması deyil, həm də ictimai yaddaşın manipulyasiyası üçün uğursuz cəhd təsiri bağışlayır.

Akademik müstəvidə belə şişirdilmiş və faktoloji əsasdan məhrum ifadələr, əslində, bir-birinə zidd iki prosesin paralel işlədiyini göstərir.

Bunlardan birincisi Akademiyanın siyasət qarşısında institusional zəifləməsidir.
Rektor səviyyəsində olan şəxs tərəfindən tarixi şəxsiyyət anlayışının bu şəkildə yumşaldılması, elmi etikadan daha çox siyasi yaltaqlığın əsaslandığı performativ jest kimi görünür.

İkinci məsələ siyasi kultlaşdırma ənənələrinin yenidən zühur etməsidir.
Renessans titanları ilə müqayisə, mahiyyətcə sovet dövrünün lider kultu ritorikasını xatırladır və müasir siyasi diskursa inteqrasiya olunan köhnəlmiş ideoloji texnikaların davam etdiyini göstərir.

Kamal Abdullanın çıxışının sosial mediada istehza ilə qarşılanması da təsadüfi deyil. Cəmiyyətin belə ritorikaya reaksiyası göstərir ki, artıq məd­dahlıq formaları əvvəlki legitimliyini itirib və yalnız ironiyanın obyektinə çevrilir.

Fadil Paşayev
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Noyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri