Icma.az
close
up
RU
Rənglərin psixologiyamızda yeri

Rənglərin psixologiyamızda yeri

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Həyat tərzimizin bir parçasına çevrilən rənglər ruhi və fiziki sağlamlığa birbaşa təsir edir. Rənglərin həmin funksionallığını bir sıra psixoloji durumlarda da müşahidə etmək olur. Rənglərin psixologiyaya həm müsbət, həm də mənfi təsirləri var. Alimlərin apardığı araşdırmalara görə, rənglər beyni rahatladır, dincəldir, bir sıra müsbət keyfiyyətlər əmələ gətirir. Mənfi, xoşagəlməz rənglərin əhatə etdiyi mühitdə neqativ aura sıxmağa başlayır və gərginlik yaradır, qan təzyiqi və digər sağlamlıq problemləri meydana çıxa bilər”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloqun sözlərinə görə, rəng terapiyasının əsas məqsədi insanlarla rənglər arasındakı auranı bütünləşdirməkdir. Araşdırmalara görə, insan aurası yeddi rəngdən ibarətdir. Onlar bədənimizdə müəyyən nizamla düzülüb və bu nizam bizi bir çox xəstəliklərdən qoruyur. İnsanın ruh halının dəyişməsi, həm də rəng nizamında baş verən proseslərlə əlaqələndirilir. Mütəxəssislərin araşdırmasına görə, xromaterapiyanın, yəni rəng terapiyasının köməyi ilə əsəb, yuxusuzluq, stres və s. problemləri aradan qaldırmaq mümkündür: “Gərginlik, stres yaşayanlar neqativ, sıxıcı rənglərin əhatəsində olanda onların psixologiyası daha da yüklənməyə və yorulmağa başlayır. Məsələn deyək ki, hansısa bir rəngdə paltar geyinib evdən çıxmaq istəyiriksə, həmin rəngdə olan paltarı da geyinmək lazımdır. Əgər hansısa rəngi beynimizdə seçib digər bir rəngi seçib geyinəndə bütün gün sarsıntı və gərginlik içində keçəcək”.

Y.Əsgərova onu da qeyd edib ki, bütün rənglərin insan psixikasına təsiri var. Ona görə də psixoloqlar insanların rəng seçiminə daha diqqətlə yanaşmağını tövsiyə edirlər. İstər geyim, istərsə də mənzil interyerində həmin faktor çox vacib rol oynayır. Bundan başqa, imkan daxilində qara rəngdən az istifadə etmək lazımdır, çünki bu rəngin aurasında mənfi enerji çoxdur: “Gecə klublarında qırmızı rəngin çalarlarından ona görə daha çox istifadə olunur ki, vaxtın, saatın gedişi hiss olunmasın. Restoranların oturacaqlarının isə daha çox qəhvəyi rəngdə olması həmin məkanda əyləşənləri uzun zaman sərf etməkdən çəkindirmək, müəyyən bir vaxtdan sonra oranı tərk etmək məqsədi daşıyır. Yaşıl isə inam və ümid verən rəng olduğuna görə cərrahiyyə otaqlarında həm xəstəyə ümid vermək və sakitləşdirici mühit yaratmağa xidmət edir. Mavi və yaşıl rəng rahatlıq və soyuqluq təlqin etdiyinə görə qorxu hissinin aradan qaldırılmasında istifadə olunur. Bəzi ev interyerlərində ailənin ən kiçik sakinlərinin otağı məhz həmin rəngdə olur. Bundan başqa, mütəxəssislərin fikrincə, qırmızı rəng qanda adrenalini artırır, sarı rəng isə dəri xəstəliklərini və həzm probleminin həllində kömək edir”, - deyə Y.Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Dekabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri