Icma.az
close
up
RU
Rənglərin müxtəliflik çağırışı

Rənglərin müxtəliflik çağırışı

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Masallı Dövlət Rəsm Qalereyasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Müxtəlifliyə qucaq açaq” adlı səyyar rəsm və foto sərgisi açılıb. Prezident İlham Əliyevin sərəncamı ilə bu il ölkəmizdə elan edilmiş “Konstitusiya və Suverenlik İli”nə həsr olunan layihənin məqsədi Azərbaycandakı etnik müxtəlifliyi və multikulturalizm dəyərlərinə sadiqliyi nümayiş etdirmək, etnik qruplar arasında dialoqu təşviq etmək və cəmiyyətdə tolerantlığı gücləndirməkdir.

Sərginin adı müxtəlif etnik qrupların və mədəniyyətlərin vətəni olan Azərbaycanda birgəyaşayış və harmoniyanı, həmçinin bu müxtəlifliyin dəyərləndirilməsini və qorunmasını simvolizə edir.

Açılış mərasimində mədəniyyət nazirinin müavini Murad Hüseynov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Heydər Əliyev parkındakı sərgidə Azərbaycanın mədəni müxtəlifliyini əks etdirən, müxtəlif xalqların dilində yazılmış və onların folkloruna, tarixinə işıq tutan kitablarla tanışlıq olub. Ardınca Onbirillik Uşaq İncəsənət Məktəbində azsaylı xalqların folklor kollektivlərinin ifasında konsert proqramı təqdim olunub. Orada Xalq artisti Murad Hüseynovun rəhbərliyi ilə ustad dərsləri də keçirilib.

Daha sonra tədbir iştirakçıları Masallı Dövlət Rəsm Qalereyasında Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda yer alan rəngkarlıq və qrafika əsərləri, eləcə də Azərbaycan Fotoqraflar Birliyinin kolleksiyasına aid fotolarından ibarət yer aldığı sərgiyə baxış keçiriblər.

Aprelin sonunadək davam edəcək layihə çərçivəsində, həmçinin “Genetik kod ağacı” adlı interaktiv sərgi də təşkil olunacaq. Sərgi iştirakçıları ağac təsviri olan kətan üzərinə barmaq izləri ilə yarpaqlar çəkəcəklər. Ağacın kökləri irsimizi, budaqları isə gələcəyimizi ehtiva edir.

Bundan əlavə, sərgi çərçivəsində “Əks-səda” adlı instalyasiya da nümayiş etdiriləcək. Güzgülərdən ibarət instalyasiyada neon boyalarla müxtəlif xalqların dillərində yazılar nümayiş olunacaq. Güzgü izləyicinin özünü multikultural Azərbaycanın bir hissəsi olduğunu, şəffaf dairə mədəni müxtəlifliyin açıq və sərhədsizliyini, neon boya ilə yazılmış yazılar isə fərqli dillərin və mədəniyyətlərin real və möhkəm bağlarla bir yerdə cəmləşməsini nümayiş etdirir.

Ə.ƏLİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri