Icma.az
close
up
RU
Rəngli kontakt linzalar ziyanlıdır? Oftalmoloqdan AÇIQLAMA

Rəngli kontakt linzalar ziyanlıdır? Oftalmoloqdan AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bəzi qəhvəyi gözlü insanlar öz təbii göz rənglərindən narazı olduqları üçün görünüşünü dəyişmək məqsədilə rəngli kontakt linzalardan istifadə edirlər.

Bəs linzaların gözə hansı zərərləri var?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-oftalmoloq Gövhər Əliyeva bildirdi ki, əgər kontakt linzalar düzgün qaydada istifadə olunmasa, bu, göz sağlamlığı üçün ciddi risklər yarada bilər:

"İlk növbədə, linzaların təmizliyinə əməl edilmədikdə və ya dezinfeksiya qaydaları pozulduqda, gözdə müxtəlif bakterial infeksiyaların yaranma ehtimalı artır. Bu infeksiyalar vaxtında müalicə olunmasa, görmə qabiliyyətində geriləməyə və hətta ağır fəsadlara səbəb ola bilər. Digər tərəfdən, linzaların oksigen keçiriciliyi məhduddur. Bu səbəbdən, onların uzunmüddətli istifadəsi gözün normal nəfəs almasına mane olur və nəticədə quruluq, qızartı, yanma, qaşınma kimi xoşagəlməz hallar ortaya çıxır. Əgər bu vəziyyət davamlı xarakter alarsa, daha ciddi iltihabi proseslərə gətirib çıxara bilər".

Həkimin sözlərinə görə, mütləq nəzərə alınmalı məqamlardan biri də linzaların istifadə müddətidir.

"Hər bir linzanın müəyyən olunmuş vaxt çərçivəsi var -  gündəlik, aylıq və ya illik. Bu müddətdən artıq istifadə edildikdə linzaların strukturu dəyişir, oksigen keçiriciliyi daha da azalır və infeksiya riski qat-qat artır.

Bundan başqa, linzaların düzgün saxlanmaması, xüsusi məhlulda təmizlənməməsi, su ilə yuyulması və ya başqasının istifadə etdiyi linzanın taxılması da əlavə təhlükələr yaradır. Bütün bunlar nəticədə gözün səthində iltihab, kornea zədələnmələri və görmə itkisinə qədər gedib çıxa biləcək problemlərə səbəb ola bilər", - deyə oftalmoloq əlavə etdi.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Oktyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri