Icma.az
close
up
RU
Repetitorluq, Səməd Vurğun, TV lər, “Rus evi”... Aqil Abbasla GÜNDƏM MÜSAHİBƏ

Repetitorluq, Səməd Vurğun, TV lər, “Rus evi”... Aqil Abbasla GÜNDƏM MÜSAHİBƏ

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Bakıvaxtı.az-ın müsahibi millət vəkili, Əməkdar jurnalist, görkəmli yazıçı Aqil Abbasdır.

Söhbəti təqdim edirik.

“Boloniya” sistemi bizə yaramadı

- Aqil müəllim, səhhətinizlə bağlı müalicələrə gedirdiniz, indi necəsiniz, sağlıq durumunuz qaydasındadırmı?

- Yaxşıyam, yaxşıyam...

- Ötən həftə elm və təhsil naziri Emin Əmrullayev brifinq keçirdi və görüşdə təhsildə repetitorluq məsələsinə diqqət çəkildi. Nazir şagirdləri repetitorluğa məcbur edən müəllimləri kəskin tənqid etdi. Sizcə, niyə təhsil sistemimiz bu vəziyyətə düşdü?

- Sovet dönəmində məktəblərdə normal dərslər keçirilirdi. Amma 10-cu sinfi bitirməyə 4-5 ay qalmış abituriyentlər müəyyən repetitor yanına gedirdilər. Onlar 10-ci sinfi deyil, daha aşağı sinifləri öyərdirdilər, əslində bu öyrətmək də deyildi, təkrar etdirirdilər. 10-cu sinfi məktəbdə öyrətdikləri üçün 8-9-cu sinifləri təkrar etdirirdilər. Çünki aşağı siniflərdə bəzi məqamlar şagirdlərin yadından çıxa bilərdi. Tutalım, kimya müəllimi 10-cu sinifdə kimya fənnini keçirdisə, o fənni normal şəkildə tədris edirdi. O fəndən repetitorluq etməyə ehtiyac qalmırdı. Məktəblərdə normal dərslər keçilirdi.

- Siz univeristetə necə hazırlaşmısınız?

- Repetitor yanına getməmişəm. Fizika, riyaziyyat, kimya və biologiya fənləri üzrə müəyyən müəllimlər repetitorluq edirdilər. Tutalım, təhsil aldığım 2 saylı orta məktəbdə Mamed müəllim vardı. O, kimya-bilogiya müəllimi idi. Dərslərini normal keçirdi, amma başqa məktəblərdən onun adını eşidib, yanına gələnlər olurdu və bu hazırlıq 3-4 ay çəkirdi. Sonra da həmin abituriyentlərin hamısı gedib ali məktəblərə qəbul olunurdular. Mən də təxminən bir ay dilçilikdən hazırlaşmışam. O müəllimə heç pul da verilmədi. Sadəcə münasibətlərə görə məni 1 ay müddətində hazırlaşdırmışdı. O zaman bir də xarici dillərdən - alman, ingilis və fransız dillərindən hazırlığa gedirdilər. Amma indi məktəblərdə o normal vəziyyət yoxdur axı.

- Niyə yoxdur? Bu qədər məktəblər inşa olunur. Yeni infrastruktur, çağdaş inventar, istilik sistemi, elektron və ənənəvi kitabxanalar, müasir binalar tikilir, qurulur, amma əksəriyyət təhsildən şikayətçidir. Səbəb nədir?

- Sovet təhsil sistemini dağıtdılar, onun yerinə “Boloniya” sistemini gətirdilər. Bu da bizə yaramadı. Lenin sovet təhsil sistemini alman təhsil sistemindən götürmüşdü. Bu barədə parlamentdə də danışmışam. Sovet təhsil sistemi Xudu Məmmədov, Yusif Məmmədəliyev və başqa alimlər yetişdirmişdi. 100-ə yaxın alim adı sadalaya bilərəm ki, onlar sovet təhsil sistemində yetişmişdilər. Çox normal təhsil sistemi idi. Bir-iki fənni çıxarmaqla onu inkişaf etdirmək olardı.

- Hansı fənləri?

- Məsələn, SSRİ tarixi, ictimaiyyət və başqa fənlər vardı, onları çıxarmaq olardı. İndi isə yeni təhsil sistemi bizə uyğunlaşmadı. Görürəm ki, Emin Əmrullayev böyük işlər görür, təhsil sistemində islahatlar aparır, mənə elə gəlir ki, nəyəsə nail olunacaq.

Səməd Vurğun ulduzdu, bilirdi ki, ona hürəcəklər

- Son günlər xalq şairi Səməd Vurğunla bağlı müzakirələr aparılır. Yazıçı Əlisa Nicat müsahibəsində Səməd Vurğunun yaltaq olduğunu iddia edib. Bu açıqlamadan sonra ölkə ictimai və ədəbi mühitində ciddi müzakirələr açılıb. Hətta bəzən bu müzakirələr mübahisə predmetinə çevrilir. Zaman-zaman Azərbaycanın böyük ədibləri, tarixi və siyasi şəxsiyyətləri ilə bağlı təhqir dolu müsahibələr, fikirlər tirajlanır. Sizcə, bu, təsadüf ola bilərmi və ya kimdir Azərbaycan ziyalılarına qənim kəsilib, onları xalqın gözündə alçaltmağa çalışıb, xalqın inam, ümid “pəncərələrini” sındırmağa çalışanlar?

- Haradan maliyyələşdiklərini bilmirəm, amma bir qrup adam Babək, Koroğlu, Qaçaq Nəbi, Həcər, Şah İsmayıl Xətaini gözdən salmağa çalışır. Onların məqsədi odur ki, guya Azərbaycan xalqı görkəmli şəxsiyyət yetişdirməyib. Bu, məsələnin bir tərəfidir, özü də ən ciddi tərəfidir. Əvvəlcə, Babəkdən başladılar, sonra Şah İsmayıla qədər gəldilər. İndi də bəzən klassikləri hədəf alırlar. Baxırsan, cavan uşaqdı, hansısa klassiki “söküb-yığır”. Amma hər bir şəxsiyyətə yaşadığı dövrün pəncərəsindən baxmaq lazımdır.

1937-ci il hadisələrində klassiklərimizi günahlandırmaq düzgün deyil. Səməd Vurğunu belə formada təqdim etmək olmaz. Səməd Vurğun böyük şairimizdir. O, ədəbiyyata Azərbaycan dilinin gözəlliyini gətirib. Səməd Vurğundan sonra ədəbiyyatımıza böyük şairlər ordusu gəlib. O, məktəb yaradıb. Səməd Vurğunu yaxşı oxumaq laızmdır. Onun “Komsomol” poemasında belə bir fikir var: “İnəklərin yad əllərdə sağılır, Gəray bəy!” Bunun özü etiraz idi. Yəni şair demək istəyirdi ki, ölkəmizi yad adamlar sağırlar. Bunları da unutmaq olmaz axı. Səməd Vurğun heç zaman yaltaq olmayıb. O zaman məsələsi idi.

İndi Azərbaycanda şairlər var. Prezident İlham Əliyev və ulu öndər Heydər Əliyevə şeir ithaf ediblər. Bunu niyə yaltaqlıq hesab edək ki? Onlar böyük şəxsiyyətlərdir, şairlər də bu şəxsiyyətlərə şeir həsr ediblər. Prezident İlham Əliyev Qarabağı azad edib, bir şairin 30 illik həsrətinə son qoyub və o da Ali Baş Komandanı ürəyindən gələn sözlərlə vəsf edir. Onlara yaltaqmı deyək? Yox. Bütün şairlər özlərinə qiymət veriblər. Məsələn, Sabir deyir:

Bənzərəm bir qocaman dağə ki, dəryada durar.
Döysə də canımı minlərlə məlamət ləpəsi,
Zövrəqi-himmətim əvvəlki təmənnada durar.
Nə qəm, uğratsa da bir gün məni ifnaya zaman,
Mən gedərsəmsə məramım yenə dünyada durar.

Səməd Vurğun da deyir ki: Ağılsız köpəklər ulduza hürər. O bilirdi ki, ona hürəcəklər. Səməd Vurğun ulduzdu.

- Bəzənsə düşünürlər ki, artıq Səməd Vurğunu müdafiə edəcək varisləri, oğlanları həyatda yoxdur, qoy elə necə gəldi tənqid, təhqir edək...

- Bir dəfə Vaqif Səmədoğlu deputat olanda, söylədim ki, atanızı bərk tənqid edirlər, niyə onlara cavab vermirsiniz? Bildirdi ki, mən atamın hansı zirvədə olduğunu yaxşı bilirəm. Nə qədər tənqid edirlərsə, etsinlər, onu zirvədən aşağı sala bilməzlər.

- Böyük şəxsiyyətlərin təhqir olunmasına qarşı parlamentdə hansısa bir qanun qəbul etmək olarmı?

- Bu barədə parlamentdə danışmışam, amma onu qanuna salmaq mümkün deyil. Biz demokratik ölkədə yaşayırıq.

- Demokratik ölkədə yaşamaq kimlərinsə böyük şəxsiyyətləri təhqir etməsinə rəvac verilməlidir, onlara dözümlü yanaşılmalıdır anlamına gəlmir...

- Bunu qanuna salmaq çətin məsələdir. Amma müxtəlif ölkələrdə belə qanun var ki, prezident və onun ailəsi haqqında nələrsə yazmağa qadağa qoyulub. Bizim prezidentimiz ürəyi yumşaq adamdır. Onun haqqında deyilənlərə kəskin reaksiya vermir. Özündən əmindir. Şuşaya bayraq sancan liderdir. İlham Əliyev də öz zirvəsini bilir, vəssalam!.

Bir evi bağlamaqla casus şəbəkəsini çökdürmək olmur

- Azərbaycandakı “Rus evi”nin bağlanması məsələ də müzakirə olunur. Sizcə, indiki məqamda bu məsələ diplomatik böhrana səbəb ola bilərmi?

- Bu barədə əlimdə dəqiq məlumat yoxdur. Deyirlər ki, orada casus şəbəkəsi fəaliyyət göstərir. Hansısa bir evi bağlamaqla casus şəbəkəsini sıradan çıxarmaq ağlabatan görünmür. O casus oradan ayrılıb, gəlib, hansısa bir qəzetdə, saytda çalışacaq. Bir ev bağlamaqla casus şəbəkəsini çökdürmək olmur, ancaq onlara nəzarət etmək mümkündür.

Rusiya özünü yaxşı aparmır, bu üzdən biz də belə məsələlərə əl atmışıq. İndiki proseslər diplomatik böhran səviyyəsinə gəlib çıxa bilməz. Rusiya ilə Azərbaycan arasında “Moskva sazişi” imzalanıb. Ona görə də proseslər o həddə gəlib çatmaz, bu, sadəcə qan qaraltmaqdır.

Efirlərə çıxan “dınqırasüzən” müğənnilərə, bir-birinin saçını yolan qadınlara əncam çəkməlidirlər

- Ötən həftə parlamentdə bəzi telekanalları tənqid etdiniz. Şübhəsiz ki, parlament tribunası ən ali tribunadır və siz bu tribunadan bəzi telekanalları Azərbaycan xalqının milli, mənəvi bağları və tellərini qoparmaqda, xalqın mental dəyərlərinə zərbə vurmaqda günahlandırırsınız və düz də edirsiniz. Buna rəğmən nəticə çıxarılmır. Kimi diplomsuz həkimi tərifləyir, kimi Avropada satışı qadağan edilən dərmanı xalqımıza keyfiyyətli preparat kimi sırıyır, kimi elə mahnı ifa edə-edə dodaqlarını büzüb öz “sevgilisə” müasir dillə ifadə etsək, “öpücük” göndərir, kimi “şpaqat” açır, kimi “jim” edir, kimi söyüş söyür... Niyə belə oldu, Aqil müəllim?

- Özəl televiziyalar dövlət tərəfindən maliyyələşmir. Onlar da özlərini ayaqda saxlamaq üçün belə reytinqlərə əl atırlar. Tamaşaçı toplamaq istəyirlər. Düzdür, onlara bunu qadağan etmək olmur, amma bütün hallarda saxta həkim və dərman reklamını qadağan etmək olar. “Reklam haqında” qanun qəıbul edəndə bu məsələlərə diqqət yetirərik. Bunun qarşısını almağın yolları barədə bir söz deyə bilmərəm. Mən dövlət məmuru deyiləm. Bununla məşğul olan qrumlar mövcuddur. O strukturlar efirlərə çıxan “dınqırasüzən” müğənnilərə, bir-birinin saçını yolan qadınlara əncam çəkməlidirlər. Əslində onlar ayrı millətin nümayəndələri deyillər. Bütün millətlərdə dəli də var, fahişə də. Amma onları təbliğ etmək doğru deyil. Əlaqədar Şura düşünüb, qırar verməlidir. Əlbəttə, televiziyanı bağlamaq olmaz, amma cəza olaraq, həmin televizyanın fəaliyyətini 24 və 48 saat dayandıra bilərlər. Bu da böyük ziyan vurur, amma bu addımdan sonra onlar belə ucuz reytinq arxasınca qaçır, xalqın genetik kodlarını zəhərləməyə çalışmayacaqlar.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Fevral 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see186

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see144

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see141

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see132

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri