Icma.az
close
up
RU
Səməd Vurğun və Mark Zukerberq

Səməd Vurğun və Mark Zukerberq

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Qan Turalı yazır...

Sosial medianın ən böyük problemlərindən biri də yalan xəbərlərin artmasıdır. Hər gün yüzlərlə, minlərlə yalan xəbər ortaya çıxır, insanlar bu xəbərləri paylaşır, ona inanırlar. Xəbərin təkzib edilməsindən isə onların heç xəbərləri də olmur. Sonra yeni bir yalan xəbər yayılır. Proses bu minvalla davam edir. Milyonlarla adamın xəbər rasionunun əsas hissəsini məhz yalan xəbərlər təşkil edir.

Məsələ heç də xəbərlərlə də yekunlaşmır. İnformasiyalarda da vəziyyət belədir. Biyan kökünün xərçəngi müalicə etməsindən tutmuş, filan vaksinin vərəm xəstəliyi yaratdığına qədər minlərlə, milyonlarla saxta informasiya internetdə tüğyan edir.

Daha pis tərəfi, Azərbaycan da daxil olmaqla bütün ölkələrin sosial media seqmentlərində fırıldaqçılıq və dələduzluq halları mütləq hakimiyyət qazanıb. Bu cür paylaşımlara da heç bir müdaxilə yoxdur.

Ancaq bu günlərdə baş verən bir hadisə yaxın gələcəkdə sosial mediadakı yalan xəbərlərin ümumiyyətlə pik həddə çatacağına və sosial media zibilliyinin göz işlədikcə uzanacağına dəlalət edir.

Belə ki, "Facebook" və "Instagram" sosial şəbəkələrinin sahibi olan "Meta" şirkəti müstəqil xəbər təsdiqləyicilərinin xidmətindən imtina etdiyini bildirib. Sözügedən təsdiqləyici saytlar xəbəri analiz edir, onun düzgün, ya da yalan olduğunu müəyyənləşdirir. Xəbər də sosial mediada bu yarlıqla, bu etiketlə paylaşılırdı. Misal üçün, xəbər yalandırsa üstünə "Yalandır" yazılırdı. İndi isə bu xidmət də olmayacaq.

Əlbəttə ki, bu sistem heç də işlək deyildi. Ancaq qeyri-işlək olan bir sistemin ləğv edilməsi də "Meta" şirkətinin və ümumilikdə sosial media şirkətlərinin işə yanaşmasının nə qədər qüsurlu olduğunu göstərir. Bu faktlar göstərir ki bu şirkətlər üçün istifadəçilərin heç bir əhəmiyyəti yoxdur.

Şirkətin sahibi Mark Zukerberq öz qərarını belə izah edir: "Xəbərin düzgünlüyünü yoxlayan ekspertlər siyasi baxımdan tərəfkeşlik edirlər. İfadə azadlığı məsələsində köklərimizə qayıtmalıyıq".

Xəbərin düzgün olub-olmamasının siyasi mövqeyə nə aidiyyəti var? Bu son dərəcə obyektiv bir məsələdir. Rəy məsələsində subyektivliyi başa düşmək mümkündür, ancaq xəbər məsələsində əsla. Əslində məqsəd də aydındır. Siyasi mövqeni "Meta" rəhbərliyi göstərir.

Ağ Evin yeni sakinləri "Facebook"un xəbər siyasətindən narazıdırlar. Buna görə də Meta şirkəti onların maraqlarına uyğun gələn addımlar atır. Ancaq bütün bunların nə ilə nəticələnəcəyi də sual altındadır.

Əslində məsələ heç də sosial şəbəkələrlə bağlı deyil. Yalan xəbər, təbliğat həmişə mövcud olubdur. Ancaq onun heç bir zaman indiki qədər güclü yayılma mexanizmi olmayıb. İndi cəmi bir neçə dəqiqə ərzində bir xəbəri milyonlarla, milyardlarla insana çatdırmaq mümkündür. Bəli, insan övladı bu sürəti, bu sistemi kəşf edib. Ancaq bu, doğru, düzgün, dürüst və ən əsası isə əxlaqlı xəbər, informasiya üçün işlədilmir.

İşin ən maraqlı cəhəti isə yeni qərarın ancaq ABŞ üçün qüvvədə olacağıdır. Başqa sözlə desək, bu qərar Böyük Britaniya və Avropa Birliyi üçün heç bir əhəmiyyət kəsb etməyəcək. Onlar əvvəlki qaydada müxtəlif xəbər yoxlayıcıları ilə çalışacaqlar. Başqa cür mümkün də deyil, çünki Avropa ölkələrinin qanunvericiliyi sosial şəbəkələr üçün xeyli sərtləşdirilib.

Səməd Vurğunun "Qalib gələcəkmi cahanda kamal?" sualı hələ də aktualdır. Bu gedişlə hələ uzun illər də aktual olaraq qalacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Yanvar 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri