Icma.az
close
up
RU
Repetitorluq təhsili necə iflic edir? DOSENTDƏN İLGİNC DETALLAR

Repetitorluq təhsili necə iflic edir? DOSENTDƏN İLGİNC DETALLAR

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bizim təhsil sistemimizin əsas problemlərindən biri repetitorluqdur. Bu hal faktiki olaraq məktəb təhsilini iflic vəziyyətinə salıb. Xüsusilə 9, 10 və 11-ci siniflərdə demək olar ki, dərslər normal şəkildə keçirilmir, məktəblərdə davamiyyət son dərəcə aşağıdır. Artıq bu, adi bir ənənəyə çevrilib: yuxarı sinifə keçən şagird üçün valideyn məktəblə, direktorla hansısa formada razılığa gəlməlidir”.

Bunu Gununsesi.info-ya açıqlamasında təhsil eksperti, dosent İlham Əhmədov Azərbaycanda

repetitorluqla bağlı vəziyyəti şərh edərkən bildirib:

“Bütün bu proseslər ailələr üçün ciddi maddi yük yaradır. Repetitorların qiymətləri ildən-ilə artır və bu, bir tendensiyaya çevrilib. 30 ildən çoxdur bu sahənin içindəyəm və əvvəllər dərs haqları 20-30 manat civarında idi. İndi isə qiymətlər dəfələrlə artıb. Bu da onu göstərir ki, repetitorlar yaxşı bilirlər: valideynlər onlardan asılı vəziyyətdədir. Çünki məktəb dərs vermir, valideyn isə övladının təhsili naminə repetitorun dediyini ödəməyə məcbur qalır. Nəticədə borca düşən, kredit götürən ailələr var və iki-üç il ərzində həm məktəblə “razılaşma”, həm də repetitor xərcləri ailə büdcəsinə ciddi təsir edir.

Valideynlərin üzərinə düşən maddi yük təkcə repetitor xərcləri ilə bitmir. Uşağın universitetə qəbul olması üçün ailə bütün imkanlarını səfərbər edir, borca düşür, kredit götürür – təkcə övladı ali məktəbə qəbul olunsun deyə. Nəticədə həmin uşaq çox zaman az bal yığdığına görə ödənişli əsaslarla universitetə qəbul olunur və bu dəfə də valideyn təhsil haqqını ödəməyə məcbur qalır.

Eyni zamanda ailədə digər övlad da repetitor yanına getməli olur. Ailə bu xərcləri çatdıra bilmir, təhsil haqqını ödəmək getdikcə daha da çətinləşir. Universitetin ikinci və ya üçüncü kursuna çatanda isə artıq ailə kreditlərin altında boğulur, nəticədə övlad təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən xaric olunur. Hər il ölkədə təxminən 10-11 min tələbə məhz bu səbəbdən təhsildən kənarda qalır.

Bir tərəfdən qəbul planı ildən-ilə artır – yaxın illərdə bu rəqəm 75 minə çatdırılmalıdır. Halbuki vaxtilə bu göstərici 45 min idi. Digər tərəfdən isə hər il minlərlə tələbə universitetdən xaric edilir. Bu vəziyyətin əsas səbəblərindən biri də repetitorluğun ailə büdcəsini iflasa uğratmasıdır. Artıq bu problem təkcə təhsil sistemi ilə deyil, sosial ədalətlə də birbaşa bağlıdır”.

İlham Əhdəmov hesab edir ki, Təhsil Nazirliyi istəsə, bu məsələlərin həll etmək mümkündür:

“Təhsil Nazirliyi istəsin. İctimai müzakirə açılmalı, geniş ictimai rəy formalaşdırılmalı, bir ictimai komissiya yaradılaraq bu fikirlər ümumiləşdirilib nazirliyə təqdim edilməlidir. Hazırkı iqtisadi durumda – qiymətlərin artdığı, iş yerlərinin azaldığı bir zamanda – valideynin ayda yüzlərlə manat repetitorlara verməsi, məktəblə ayrıca “razılaşma” aparması artıq dözülməz yükə çevrilib. Belə davam edə bilməz.

Nazirlik isə bu problemi həll etmək əvəzinə, əksinə, repetitorluğu dolayı yolla müdafiə edir. Belə suallar gündəmə gələndə nazirlik nümayəndələri bildirirlər ki, repetitorluğu qadağan etmək niyyətləri yoxdur, çünki bu praktika dünyanın bütün ölkələrində mövcuddur. Bəli, doğrudur – digər ölkələrdə də repetitorluq var, lakin heç birində bu qədər kütləvi xarakter daşımır və heç bir yerdə məktəblərin fəaliyyəti iflic olmur.

Məsələn, repetitorluğun nisbətən çox yayıldığı Yaponiyada belə məktəbə davamiyyət 99 faiz təşkil edir. Orada valideynlər övladlarına əsas məktəb fənləri üzrə deyil, uşağın maraq göstərdiyi əlavə sahələrdə – məsələn, musiqi, rəsm, robot texnikası kimi istiqamətlərdə repetitor tutur. Nadirdir ki, uşaq məktəb fənlərindən birindən repetitor yanına getsin. Bu da ancaq həmin fəndən çox zəifdirsə, ya da həmin sahədə dərinləşmək, olimpiadalara hazırlaşmaq istəyirsə baş verir. Bizdə isə vəziyyət tam fərqlidir – təhsil tam şəkildə repetitorluqdan asılı hala gəlib.

Təəssüf ki, bu repetitorluq da dərin, sistemli təhsil vermir. Əsasən əzbərləməyə, testlərin cavablarını və şablon həll yollarını öyrənməyə yönəlib. Ümumiyyətlə, test sistemi özü təhsilin məzmununu dağıdan bir vasitəyə çevrilib.

Test sistemi 1992-ci ildə ali məktəblərə qəbul zamanı korrupsiyanın qarşısını almaq üçün müvəqqəti tədbir kimi tətbiq olunmuşdu. O dövrdə əsas məqsəd sovet dövründə geniş yayılmış rüşvət mexanizmini dağıtmaq idi. Amma zaman keçdikcə test imtahanları daimi hala gəldi və nəticədə bu sistem uşaqlarda səthi bilik, zəif təfəkkür, məhdud dünya görüşü formalaşdırmağa başladı. Fənlərin inteqrasiyasına, analitik düşüncəyə, yaradıcı yanaşmalara isə imkan vermədi.

Bu gün təhsilimizdə və cəmiyyətimizdə müşahidə olunan bir çox problemin kökündə də məhz repetitorluğun geniş yayılması və məktəblərin real fəaliyyətinin iflic olması dayanır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Avqust 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri