Icma.az
close
up
RU
Trend İnformasiya Agentliyi 30 yaşında baş redaktorun fikirləri

Trend İnformasiya Agentliyi 30 yaşında baş redaktorun fikirləri

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu il Trend İnformasiya Agentliyi yubileyini qeyd edir. Bu, bizim üçün sadəcə bir tarix deyil, həm də auditoriyamız, ekspert icması və beynəlxalq tərəfdaşlarımızla birlikdə keçdiyimiz çətin yolun əksidir. Trend, yerli jurnalistikadakı ilk addımlarından regional xəbər agentliyinə qədər, oradan isə biznes modelimizin Avropa Komissiyası tərəfindən Şərq Tərəfdaşlığı regionunda medianın inkişaf modeli kimi tanınmasına qədər uzun bir yol qət edib.

Bütün bu illər ərzində Trend mühüm siyasi, iqtisadi və mədəni hadisələrin önündə olub, sonradan tarixi salnamənin tərkib hissəsinə çevrilən hər bir anı qeydə alıb.

Beynəlxalq sammitlərdən peşəkar reportajlar, dövlət rəhbərləri ilə eksklüziv müsahibələr, xaricdə xüsusi layihələr - bütün bunlar agentliyin nüfuzunu möhkəmləndirməklə yanaşı, Trend-in beynəlxalq informasiya mühitində bərabər şərtlərlə rəqabət aparmağa qadir olduğunu sübut edib.

Qeyd etməliyəm ki, Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanda medianın dinamik inkişafı üçün şərait yaradılmasaydı, Trend-in nailiyyətləri də mümkün olmazdı. Bunun nəticəsində artan peşəmizin nüfuzu mediaya beynəlxalq arenada rəqabət apara bilən yüksək intellektli gənclərin gəlməsinə səbəb oldu. Bu isə bizə son on ildə bir çox çətinliklərlə üzləşmiş, sürətlə dəyişən qlobal media bazarına uyğunlaşmağa imkan verdi. Buraya jurnalistika böhranı, maliyyə çətinlikləri və pandemiya da daxildir.

"Jurnalistika böhranı" dövründə bir çox media qurumları dəbin təsirinə düşərək "yeni jurnalistika"ya üstünlük verib bloqosfera və sosial şəbəkələrə üz tutdu. Biz də "ənənəvi media" anlayışından uzaqlaşdıq, lakin fərqli strategiya seçdik. Bu da bizə o zamanlar gənc media orqanı olan Trend ilə nüfuzlu beynəlxalq nəşrlər arasındakı məsafəni tez bir zamanda azaltmağa imkan verdi.

On beş il əvvəl belə qənaətə gəldik ki, transmilli medianın, AZƏRTAC kimi mötəbər dövlət nəşrlərinin işini sadəcə təkrarlamaq nəticə verməyəcək. Bu yanaşmanın nəticəsidir ki, Trend bu gün xaricdə geniş tanınır və nüfuz sahibidir. Məsələn, 2024-cü ilin sonunda agentlik, ən böyük müstəqil monitorinq platforması olan Medialogy-nin məlumatına görə, regionda ən çox istinad edilən media orqanı olub.

Bu uğurlu təcrübəyə əsaslanaraq, növbəti inkişaf mərhələmizi Şərqi Avropa bazarlarında fəaliyyət göstərməkdə görürük. Bundan əlavə, bu payızda Türkiyə media bazarında xəbər nəşri və birja portalını birləşdirəcək DHA Press adlı, Dəmirörən Holdinq şirkəti ilə birgə layihəmizin aktiv reklam təşviqi başlayacaq. Bu layihə çərçivəsində biz süni intellekt sistemlərinin media sahəsinə inteqrasiyası ilə bağlı innovativ addımlar da atırıq. Sinxua agentliyi artıq layihəyə qoşulub, Avropa və ərəb ölkələrinin aparıcı KİV-lərinin də DHA Press-ə qoşulması üzərində iş aparılır. Bu, Azərbaycan gündəminin Türkiyədə və dünyada yayılması üçün əlavə platforma yaradacaq.

Fəxrlə deyə bilərik ki, bizim Avropa layihələrimiz artıq regionun siyasi mənzərəsinin bir hissəsinə çevrilir.

Mən bütün həmkarlarıma - həm bu gün agentlikdə çalışanlara, həm də bu 30 il ərzində müxtəlif dövrlərdə bizimlə birgə işləyənlərə xüsusi təşəkkürümü bildirirəm. Onların hər biri Trend-in formalaşmasına və uğur qazanmasına öz töhfəsini verib. Bu, jurnalistlərin, redaktorların, analitiklərin, operatorların, İT mütəxəssislərinin, menecerlərin və komandamızın bir hissəsi olmuş hər kəsin birgə əməyidir. Məhz sizin sayənizdə Trend bu yolu qət edə bildi, prinsiplərinə sadiq qaldı və Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda etibar edilən agentliyə çevrildi.

Trend təkcə məlumat ötürmür, həm də rəy formalaşdırır, prosesləri təhlil edir və dünyaya Azərbaycanı, eləcə də regionu daha yaxşı anlamağa kömək edir. Bizim missiyamız Azərbaycan haqqında məlumatları Azərbaycan mənbəsindən xarici auditoriyaya çatdırmaqdır. Bu yubiley yalnız keçilən yolu xatırlamaq üçün deyil, həm də gələcəyin çağırışlarına cavab vermək üçün bir siqnaldır. Rəqəmsal transformasiya, dezinformasiyaya qarşı mübarizə, qlobal rəqabət - biz bu çağırışlara hazırıq. Trend faktlara, peşəkarlığa və beynəlxalq standartlara sadiq qalaraq etibarlı məlumat mənbəyi olaraq qalacaq.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 Sentyabr 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri