Icma.az
close
up
RU
Rəqəmsal həyat və sosial media insan mənəviyyatına və ibadətinə necə təsir edir? İlahiyyatçı görün NƏLƏRİ DANIŞDI KONKRET

Rəqəmsal həyat və sosial media insan mənəviyyatına və ibadətinə necə təsir edir? İlahiyyatçı görün NƏLƏRİ DANIŞDI KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Elm və texnologiya inkişaf etdikcə insanların buna münasibəti zaman-zaman dəyişib. Son 100 ildə insanların elmə və texnologiyaya baxışı, onların xarakteri, dünyagörüşü və inancları ilə sıx bağlı olub. Bəzi insanlar texnologiyanın nailiyyətlərinə tənqidi yanaşıb, hətta ona “şeytan aləti” damğası vurublar. Məsələn, televiziya və peyk antenalarının yayılması müəyyən dövrlərdə bəzi çevrələr tərəfindən neqativ adlandırılıb. Lakin bu yanaşmalar kütləvi olmayıb və ümumi rəyə çevrilməyib”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında İlahiyyatçı Fazil Əhməd səsləndirib:

“Bu gün müasir texnologiyadan, xüsusilə rəqəmsal alətlərdən istifadə cəmiyyətin əksəriyyəti tərəfindən müsbət qarşılanır. İslamda elmin önəmi nəzərə alınaraq texnologiyaların dini həyatda istifadəsi getdikcə daha geniş vüsət alır. İnsanlar başa düşürlər ki, elm və texnologiya həyatlarını daha da asanlaşdırır. Məsələn, Ramazan ayının başlanğıcı və sonunun müəyyən olunması əvvəllər yalnız gözlə aparılırdısa, indi müasir texnologiyalar və elektron xəritələr vasitəsilə dəqiq hesablamalar aparmaq mümkündür. Bu, insanların ibadət və dini həyatlarını daha düzgün şəkildə tənzimləmələrinə şərait yaradır. Texnologiyanın dini həyatdakı rolu bununla məhdudlaşmır. Məsələn, zikrlərin düzgün və sayla oxunması üçün xüsusi elektron cihazlar mövcuddur. Eyni zamanda, dini biliklərin əldə olunması da xeyli asanlaşıb. Əvvəllər dini kitabları əldə etmək üçün xaricdən sifariş vermək lazım idi. İndi isə minlərlə dini kitabı bir proqramda toplamaq və mobil formada istifadə etmək mümkündür. Bu, zaman və məsafəyə qənaət etməklə yanaşı, daha çox insanın dini maarifləndirilməsinə xidmət edir”.

İlahiyyatçı qeyd edir ki, əvvəllər dini təhsil almaq üçün xarici ölkələrə üz tutmaq lazım gəlirdi. Bu, bəzən mənfi təsirlərlə müşayiət olunurdu. Hazırda isə insanlar onlayn formada, dünyanın istənilən nöqtəsində yerləşən dini müəssisələrində təhsil ala bilir, mənfi təsirlərə məruz qalmadan, rahat şəkildə öz dini biliklərini artırırlar.

“Bütün bunlar göstərir ki, informasiya texnologiyalarının tətbiqi müsəlmanların dini həyatında əhəmiyyətli nailiyyətlərə gətirib çıxarıb. Proqram təminatı şirkətləri də bu ehtiyacları görərək, müsəlman istifadəçilər üçün xüsusi tətbiqlər hazırlayırlar. Hətta bu tətbiqləri hazırlayanlar arasında qeyri-müsəlmanlar da var. Onlar bu sahədəki tələbatı nəzərə alaraq dualar, namaz vaxtları, Quran oxunuşu və dini məlumatlar üçün proqramlar yayımlayırlar. Bu gün bir çox müsəlmanın telefonunda Qurani-Kərimin müxtəlif dillərdə tərcümələri, dualar, dini kitablar və digər faydalı materiallar yer alır. Bu, artıq fiziki kitaba olan ehtiyacı azaldıb və dini biliklərin daha geniş auditoriyaya çatdırılmasını təmin edib. Bütün bunların fonunda müasir dövrdə əksər din alimləri və fəqihləri bu texnologiyalardan istifadəni haram saymır, əksinə, onların düzgün və faydalı istifadəsini təşviq edirlər”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Aprel 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri