Icma.az
close
up
RU
Rəqəmsal inkişaf və elektron hökumətlə bağlı məsul vəzifəli şəxslərə dair meyarlar təsdiqlənib

Rəqəmsal inkişaf və elektron hökumətlə bağlı məsul vəzifəli şəxslərə dair meyarlar təsdiqlənib

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nazirlər Kabineti "Rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi meyarları"nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanları (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin fəaliyyətinin bu Qərarla təsdiq edilən meyarlar əsasında illik qiymətləndirməsinin nəticələrini təsdiqedici sənədlərlə birlikdə hər növbəti təqvim ilinin yanvarın 30-na qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə və "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında" ölkə Prezidentinin 17 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim etməlidir.

Nazirlər Kabineti bəyan edib ki, qərar rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin dairəsini, həmçinin onların fəaliyyətinin qiymətləndirilməsi meyarlarını müəyyən edir. Qərarın qəbulu müvafiq dövlət orqanlarında (qurumlarında) rəqəmsal inkişaf və elektron hökumətlə bağlı fəaliyyətə cavabdeh olan şəxslərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı hüquqi tənzimlənmənin bərqərar olmasına, bununla da həmin sahədə məsuliyyətli idarəetmənin təşviqinə xidmət edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Oktyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see216

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see187

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see126

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri