Rəqəmsal Maliyyə Mərkəzi nə direktor təyin edilib
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Maliyyə Nazirliyinə məxsus "Rəqəmsal Maliyyə Mərkəzi" MMC-yə direktor təyin edilib.
525.az xəbər verir ki, bu, Nurlan Soltanovdur.
O, indiyə qədər nazirliyin Aparatının Müasir texnologiyalar və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.
"Rəqəmsal Maliyyə Mərkəzi" 2005-ci ildən fəaliyyət göstərən "Məlumat Hesablama Mərkəzi" MMC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 6 min manatdır. Mərkəz maliyyə informasiya sistemlərinin inkişafı, istismarı, modernləşdirilməsi və fasiləsiz fəaliyyətinin səmərəli təşkil edilməsi, informasiya təhlükəsizliyi üzrə mövcud standartlara uyğun idarəetmə mexanizmlərinin tətbiqi və gücləndirilməsi, əsas və ehtiyat məlumat mərkəzlərinin fasiləsiz işinin təmin edilməsi, eləcə də maliyyə əməliyyatlarının elektron mühitdə daha çevik və inteqrasiya olunmuş formada idarə olunması üçün fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 20 Noyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















