Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Ronaldo dönəmi başa çatır

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Qəbul imtahanları rəqəmsal formada necə keçiriləcək? AÇIQLAMA

Qəbul imtahanları rəqəmsal formada necə keçiriləcək? AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə yaxın gələcəkdə imtahanların rəqəmsal formada keçiriləcəyini bildirib.

Bəs qəbul imtahanlarının rəqəmsal formada keçirilməsinin əhəmiyyəti nədir? 

Mövzu ilə bağl Redaktor.az-a açıqlamsında filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli bildirdi ki, universitetlərə qəbul üçün rəqəmsal imtahanlara keçid çoxsaylı üstünlüklərinə görə müasir təhsil məkanında əhəmiyyət kəsb edir:

"Onlardan biri, qəbul imtahanlarının və təhsilin əlçatanlığı və inklüzivlikdir. Rəqəmsal imtahanlar ucqar bölgələrdən olan tələbələrə Bakıya və ya digər mərkəzi şəhərlərə getmədən qəbul proseslərində iştirak etməyə imkan verir və ali təhsili daha əlçatan edir, xüsusi ehtiyacı olan inklüziv kateqoriyaya aid təbəqə üçün də rahatlığı təmin edə bilir. Bundan başqa, rəqəmsal imtahanlar səmərəli olmaqla yanaşı, həm də daha sürətli nəticə əldə etmək üçün imkan yarada bilər. İndi tələbələrin imtahan nəticələri bir ay ərzində açıqlanırsa, rəqəmsal imtahanlar vasitəsilə ilə daha sürətli nəticələr əldə etmək mümkündür. Eyni zamanda test cavablarının yoxlanılmasında həm çoxseçimli cavablar, həm də digər kateqoriyalar üçün obyektiv şəkildə avtomatlaşdırılmış bal sistemləri imtahanları qiymətləndirmək üçün lazım olan vaxtı azaldır, qəbul prosesini sürətləndirir".

Ekspert hesab edir ki, rəqəmsal imtahanlar həmçinin inzibati fəaliyyəti də minimuma endirə bilər. Onun sözlərinə görə, hər bir imtahan otağına və dəhlizlərə cəlb olunan nəzarətçilərin də artıq rəqəmsal imtahanlarda fəaliyyətinə və bunun üçün büdcədən ayrıca vəsait ayırmağa da ehtiyac olmayacaq.

"Maddi baxımdan ehtiyatlılıqla yanaşı, həmçinin ətraf mühitə daha az zərər vurmaq məqsədilə, kağız formada çap edilməmiş test tapşırıqlarının elektron formada portala yerləşdirilməsi də xərclərin effektivliyini artırır. Ümumiyyətlə, rəqəmsal imtahanlar bir çox üstünlüklərə malik olsa da, eyni zamanda texnologiyaya bərabər çıxışın təmin edilməsi, möhkəm kibertəhlükəsizliyin təmin edilməsi və texniki nasazlıqların aradan qaldırılması kimi çətinlikləri də ortaya qoya bilər. Bu kimi məsələlərin də öncədən nəzərə alınması və diqqətdə saxlanılması vacib məsələdir”, - deyə Vüsalə Ağabəyli qeyd etdi.

Təhsil eksperti Ramin Nurəliyev isə hesab edir ki, hal-hazırda rəqəmsal qiymətləndirmə həyata keçirilməsi üçün tezdir. Onun fikrincə, ölkəmiz hələlik buna hazır deyil:

“Məsələn, kurikulumdan misal versək, kurikulum qəşəng sistemdir, müasir sistemdir. İnkişaf etmiş ölkələrdə kurikulum sistemindən istifadə edirlər və faydalanırlar deyib kurikuluma başladıq. Amma bu, belə olmamalıdır. Biz kurikuluma başlamadan öncə onun tədris prosesini, əyani vəsaitlərini hazırlamalı, o cümlədən müəllimlərini yetişdirməliydik. Yəni kurikulumu tədris edən müəllimləri yetişdirmədən biz kurikuluma başladıq və nəticə göz qabağındadır. Həqiqi  kurikulum sistemi bu deyil. Kurikulum sistemində şagird evdə dərs hazırlamır, dərs məktəbdə öyrədilir, tapşırıq məktəbdə hazırlanır. Bizdə isə məktəbdə dərs keçilmir. Bu, kurikulumun tam əksidir”.

Ekspert qeyd etdi ki, Dövlət İmtahan Mərkəzi rəqəmsal qiymətləndirmə sisteminə keçməyi düşünürsə, qiymətləndirmə prosesində müəyyən addımlar atmağı fikirləşirsə, bunun infrastrukturunu hazırlamalıdır və ona uyğun addım atmalıdır. İnfrastrukturu hazırlanmadan, hər hansı müsbət və mənfi tərəfləri düşünülmədən bunu birbaşa tətbiq etmək olmaz:

“Artıq dünya rəqəmsal texnologiya, süni intellektə doğru addımlayır, bu istiqamətdə müəyyən nailiyyətlər əldə olunur. Prosesin bəlkə də daha tez həll olunmasına müsbət təsir göstərəcək, amma biz buna hazırıqmı, bizim abituriyentlərimiz, müəlimlərimiz buna hazırdırmı, təhsil sistemimiz buna hazırdırmı deyə düşünmək lazımdır. Əgər olarsa, çox gözəl olar, dünya ilə ayaqlaşmış olarıq. Amma mən düşünürəm ki, "kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan". Yəni biz bir şeyi yaxşı ediriksə edək, etmiriksə etməyək", - deyə R.Nurəliyev bildirdi.

Bənövşə HƏSƏN

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Yanvar 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see408

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see285

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see258

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see208

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see206

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see204

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see203

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see195

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see193

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see193

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see193

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see192

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see190

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see189

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see189

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see186

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see186

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see186

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see186

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri