Icma.az
close
up
RU
Rəqəmsal sektorun uğuru

Rəqəmsal sektorun uğuru

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan “StartupBlink” qlobal startap indeksində mövqeyini yaxşılaşdırıb

İnnovasiya iqtisadiyyatı üzrə araşdırma platforması olan “StartupBlink” 2025-ci il üçün Qlobal Startap Ekosistemi İndeksini açıqlayıb. Son dörd ilin hesabatlarında ardıcıl yüksəliş nümayiş etdirən Azərbaycan cari ildə ən yüksək nəticəyə nail olub. Belə ki, ölkəmiz qlobal reytinqdə 2024-cü illə müqayisədə 6 pillə irəliləyərək 74-cü yerdə qərarlaşıb. Ekosistemin illik artım tempi 24 faiz təşkil edib ki, bu da Mərkəzi Asiya regionunun ən yüksək göstəricisidir.

Azərbaycanın əldə etdiyi digər uğurlu göstərici Bakının reytinqdə “İlin şəhəri” olaraq seçilməsidir. Paytaxt şəhər, xüsusilə elektron kommersiya, pərakəndə satış, təhsil, həmçinin sosial-əyləncə sektorunda innovativ texnologiyaların tətbiqi üzrə rəqiblərindən öndədir. Hesabatda startap ekosisteminin ümumi icmalı da verilib. Bu xüsusda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) aparıcı dövlət qurumu olaraq yerli ekosistemin inkişafı, innovasiyaların təşviqi və rəqəmsallaşma istiqamətində həyata keçirdiyi fəaliyyət vurğulanıb.

Dünya startap ailəsində Azərbaycanın yeri

Son illərdə ölkəmizdə innovasiya infrastrukturunun yaradılması, texnoparkların inkişafı, innovativ layihələr üçün maliyyə mexanizmlərinin əlçatanlığının artırılması, İKT sahəsində insan kapitalının yetişdirilməsi sahələrində müsbət meyillər açıq müşahidə edilməkdədir. Azərbaycanlı startapçılar biznes ideyaları, kəşf və bacarıqları ilə artıq qlobal bazarlarda uğurlu investorlar kimi qəbul edilir. Bu motivasiyalar sayəsində son illərdə Azərbaycanın İT və rəqəmsal sektorlarında startap, süni intellekt və biznes ideyaları dünya ölkələrinin startapları ilə rəqabət aparmağa çalışır. Onların KOBİA, Xəzər-Vençur, Elmin İnkişafı Fondu, Prezident yanında Gənclər Fondu, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasında təmsil olunan bacarıqlı gənc ideya müəllifləri kifayət qədər uğur qazanmağa nail olub. Ölkəmizi təmsil edən “SkyBee” komandası Ümumdünya Startap Yarışmasının (World Startup Competition) Asiya və Afrika üzrə Regional Final Müsabiqəsində 30-dan artıq texnologiya şirkəti arasında “Aqrar sektorda ən yaxşı startap” nominasiyasının qalibi olub. Azərbaycanlı startapçılar artıq okeanın o tayında da rəqabət üçün imakanlarını sınamağa çalışır. Yaxın vaxtlarda ABŞ-da keçiriləcək Ümumdünya Startap Yarışmasına iştirak hüququ qazanmaq bu imkanları nümayiş etdirmək baxımından yaxşı fürsət hesab edilə bilər. 

“Qlobal İnnovasiya İndeksi”ndə irəliləyiş

İnnovasiyalar üzrə əldə edilən nəticələr bir daha onu təsdiqləyir ki, Azərbaycan rəqəmsal inkişaf və ağıllı texnologiyalar, süni intellekt quruculuğunda təşəbbüskar ölkə kimi nüfuzunu artırmaqdadır. Hazırda Azərbaycan iqtisadiyyatının və idarəetmə sektorunun müxtəlif sahələrində, o cümlədən sənaye, energetika, kənd təsərrüfatı, SOCAR, sənaye parkları, futbol, güləş, cudo və digər sahələrdə süni intelekt texnologiyalarının tətbiqi geniş vüsət almaqdadır. Eləcə də müxtəlif biznes layihələrində, tikinti və texnologiyalar sahələrində süni intellekt və robotlar vasitəsilə müxtəlif layihələrin icrası həyata keçirilir.

Bütün bunların nəticəsidir ki, son illər İT və innovasiyalar üzrə hesabatlarda ölkəmizin mövqeyi yüksəlir. Dünya Bankı (DB) tərəfindən dərc edilmiş qlobal tədqiqat sənədində Azərbaycanda “4G+” mobil şəbəkə infrastrukturun vəziyyətinə görə, region ölkələri sırasında əlverişli dövlətlər qrupunda yer alıb.

Eləcə də ötən il nəşr edilən “Qlobal İnnovasiya İndeksi”ndə ölkəmiz innovasiya fəaliyyətinin səmərəliliyinə görə, irəliləyiş əldə edib və göstəricilərini 4 pillə yaxşılaşdıraraq 89-cu yerdə qərarlaşıb. Azərbaycan “innovasiya resursları” alt indeksi üzrə isə 76-cı yerdə qərarlaşıb. Qeyd edək ki, “innovasiya resursları” və “innovasiya nəticələri” çox mühüm əhəmiyyətə malik indekslər olmaqla bir-birinə qarşılıqlı olaraq bağlıdır. Həmin göstəricilər üzrə irəliləyiş Azərbaycanın bu sahədə müasir institutlar yaratdığını, insan kapitalını, elm və təhsil potensialını inkişaf etdirdiyini, səmərəli biznes modelləri qurduğunu təsdiq edir.

“IDEA: Azərbaycanın rəqəmsal iqtisadiyyatına investisiya”

Dünya İqtisadi Forumunun “IDEA: Azərbaycanın rəqəmsal iqtisadiyyatına investisiya” hesabatında Azərbaycanın müasir İT yenilikləri, startaplar və innovasiyalar üzrə yaratdığı əlverişli biznes mühiti müsbət qiymətləndirilib. Hesabatda vurğulanır ki, Azərbaycana birbaşa xarici investisiyaların əsas hissəsinin neft-qaz sektoruna daxil olmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən xarici investorların fəaliyyətinə diqqətlə nəzər saldıqda yeni investisiya layihələrinin əksəriyyəti maliyyə, biznes xidmətləri, proqram təminatı, İT xidmətləri və sənaye avadanlıqlarının istehsalı kimi sektorlarda cəmləşib. Bu isə Azərbaycanın sosial-iqtisadi inkişaf məqsədlərinə xidmət etməklə qeyri-neft sahələrinin inkişafını bə özəl sektorun fəaliyyətini stimullaşdırıb.Yeni yaradılmış sənaye texnoparkları və biznes inkubatorları rəqabətli sənaye məhsulunun istehsal və ixracında əhəmiyyətli rol oynayıb.

Dünya Bankının ötən il dərc etdiyi “GovTech Yetkinliyi İndeksi”nin hesabatında yüksək nəticələr əldə edən Azərbaycan yüksək rəqəmsallaşma səviyyəsinə görə ən yaxşı ölkələr qrupunda yer alıb. “GovTech Yetkinlik İndeksi”nə görə, Azərbaycan rəqəmsallaşma sahəsində hökumət sistemlərinin təkmilləşdirilməsi, vətəndaşlara təqdim olunan xidmətlər paketinin genişləndirilməsi, vətəndaş iştirakının təmin olunması və rəqəmsal texnologiyalardan istifadənin təşviqi üzrə yüksək qiymətləndirilib.

Həm Dünya Bankının, həm də Dünya İqtisadi Forumunun hesabatlarından da göründüyü kimi rəqəmsal quruculuğun inkişafına töhfə verən müasir sənaye modellərinin yaradılması Azərbaycanın dünya iqtisadiyyatının rəqəmsal transformasiyasına, yüksək texnologiyalara əsaslanan innovasiya cəmiyyəti quruculuğu prosesində fəal iştirak etməkdədir.

ELBRUS CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 May 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see547

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see467

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see365

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see307

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see298

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see250

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see240

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see226

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see221

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see221

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see219

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see218

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see217

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see213

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see207

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see198

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see191

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see170

Vahid məktəbli forması: Dünyəvilik, nizam intizam, sosial bərabərlik TƏHLİL

11 Oktyabr 2026 17:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri