Icma.az
close
up
RU
Yeni il hədiyyələri alarkən diqqətli olun! EKSPERT AÇIQLADI

Yeni il hədiyyələri alarkən diqqətli olun! EKSPERT AÇIQLADI

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Bayram günlərində hədiyyə qutuları və səbətlərinə tələbat artır, mağazalarda isə rəngarəng və cəlbedici məhsul dəstləri satışa çıxarılır. Xüsusən uşaqlar üçün cazibədar görünən bu qutuların içərisində müxtəlif şirniyyatlar, şokoladlar, biskvitlər, qazlı içkilər və bəzən də çərəzlər olur. Lakin bu hədiyyə paketlərinin arxasında dayanan qidalanma riskləri çox vaxt diqqətdən qaçır.

Bəs, görəsən, bu qidalar həqiqətən zərərlidirmi?

Məsələ ilə bağlı qida üzrə mütəxəssis Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, istər yeni il, istər Novruz bayramında artıq hədiyyə qutuları, səbətləri satışa çıxarılır:

"Qutuların içində əsasən müxtəlif şirniyyatlar, şokoladlar, biskvitlər, qazlı içkilər və bəzən də çərəzlər olur. Görünüş cəlbedici olduğu üçün uşaqlar daha çox meyl edir. Sağlamlıq baxımından diqqətli olmalıyıq. İlk problem bu qutularda olan məhsulların hər birinin istehsal və sonra istehlak tarixləri fərqlidir. Digər tərəfdən şokolad, konfet kimi məhsullar yüksək şəkər və yağ tərkibli olur. Bu cür qidalar qısa müddətdə enerji versə də, qan şəkərini sürətlə qaldırdığı üçün uzun müddətdə yorğunluq, çəki artımı və diş problemləri yarada bilər. Biskvit və vafli kimi un məmulatlarının qida dəyəri aşağıdır, lif və vitamin baxımından zəifdir. Buna görə də çox istehlak edildikdə sağlamlıq üçün əlavə fayda vermir. Qazlı içkilər isə hədiyyə bağlamalarının ən zərərli hissələrindən biridir. Şəkər miqdarı çox yüksəkdir və bədənə demək olar ki, heç bir qida dəyəri təqdim etmir. Bu qutulardakı ən sağlam məhsullar quru meyvələr və çərəzlərdir. Quru ərik, kişmiş, qoz, fındıq kimi məhsullar təbii vitamin, mineral və sağlam yağlarla zəngindir. Ən yaxşısı bu məhsulları tədricən, az miqdarda istehlak etməkdir. Şirin və qazlı içkilərin yerinə daha faydalı seçimlərə üstünlük vermək olar. Bu yanaşma həm bayramın dadını çıxarmağa, həm də sağlamlığı qorumağa kömək edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Dekabr 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri