Icma.az
close
up
RU
Rəqəmsal tələbə kartlarından necə istifadə olunur? Tələbələrin DİQQƏTİNƏ

Rəqəmsal tələbə kartlarından necə istifadə olunur? Tələbələrin DİQQƏTİNƏ

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda rəqəmsal tələbə kartlarının istifadəsinə başlanılıb. Bakı, Sumqayıt, Gəncə, Naxçıvan və Lənkəranda 17 ali təhsil müəssəsi əhatə edilməklə, təxminən 170 min tələbə bu sistemə qoşulacaq.

Vahid tələbə kartının tətbiq olunacağı universitetlər arasında Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Üniversiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Türkiyə-Azərbaycan Universiteti , Fransa-Azərbaycan Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti var.

Qeyd edək ki, digər dövlət və özəl universitetlər könüllü şəkildə layihəyə qoşula bilərlər.

Maraqlıdır, rəqəmsal tələbə kartlarından necə istifadə olunur?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, universitetlər İRİA və ETN datası əsasında yeni dəyərlər formalaşdırırlar: Onun sözlərinə görə, artıq bu data əsasında universitet tələbələri üçün rəqəmsal tələbə kartları yaradılıb:

“Yəni tələbələr SİMA imza ilə “mygov” tətbiqinə daxil olmaqla, burada tələbə məlumatlarının əks olunduğu “tələbə kartı”nı əldə edirlər. Bu məlumatlar ETN-nin “mygov”a inteqrasiya olunan tələbə datası əsasında real vaxtda formalaşır. Bununla da tələbələr alternativ olaraq, fiziki formada tələbə kartı olmadan da tələbə məlumatlarını lazım olan yerlərə təqdim edə bilirlər. Ümumiyyətlə, tələbələr, vətəndaşlar tələbə biletini, şəxsiyyət vəsiqəsini və s sənədləri bölüşmək üçün “mygov” mobil tətbiqində “Paylaş" düyməsindən istifadə edirlər. Bu zaman ekranda QR kod və 8 simvoldan ibarət (hərf, rəqəm qarışığı) sənəd nömrəsi əks olunur”.

O.Gündüz qeyd edib ki, İRİA bu məlumatların yoxlanılması üçün də rəqəmsal həll yaradıb: “Qurumlar “mygov Checker” platforması vasitəsilə sənədlərin doğruluğunu yoxlaya bilərlər. Hansısa qurumda sənədlərin yoxlanılması üçün qurum rəhbəri checker.e-gov.az portalına daxil olub əməliyyatları icra edəcək əməkdaşlarına müvafiq səlahiyyətlər verməlidir. Səlahiyyətli şəxs “mygov Checker” tətbiqində “QR skan et” düyməsilə QR kodu skan edə və ya həmin sənəd nömrəsi ilə identifikasiya edə bilər. Təqdim olunan məlumatların yoxlama tarixçəsi myGov mobil tətbiqində “Paylaşdığım məlumatlarım” bölməsində əks olunur. Eyni zamanda, yoxlayan qurumlar da tələbənin, vətəndaşın kim tərəfindən yoxlanıldığını görə bilir”.

Onun sözlərinə görə, artıq bu proses AzTU-da pilot qaydada tətbiq edilir: “10 mindən çox AzTU tələbəsi "myGov" platformasını öz telefonlarına yükləyib. Yəni anlaşıqlı desək, artıq 10 mindən çox AzTU tələbəsi rəqəmsal tələbə kartına, rəqəmsal şəxsiyyət vəsiqəsinə və digər rəqəmsal sənədlərə sahib olub. İRİA və ETN ilə əməkdaşlıq çərçivəsində bu istiqamətdə xeyli işlər görülüb. Universitet rəhbərliyinin tapşırığı əsasında tələbələrin identifikasiyası üçün məsul olan şəxslər İRİA sistemində qeydiyyatdan keçiblər. İRİA-nın dəstəyi ilə universitetin mühafizə xidmətinin əməkdaşları üçün təlimlər də təşkil edilib. Təlim zamanı səlahiyyətli şəxslərə rəqəmsal tələbə kartının məlumatlarının oxunması üçün, tələbələrin identifikasiyası üçün mövcud qaydalar izah edilib”.

AİF prezidenti sonda vurğulayıb ki, dövlətə məxsus datalardan effektiv istifadə etməklə, yeni dəyərlərin yaradılması yetərincə əhəmiyyətlidir: “Bu, ölkədə rəqəmsal transformasiya proseslərinin sürətlənməsinə təkan verir. Digər universitetlər də tələbələrə “mygov” tətbiqi yüklətməklə və İRİA-nın rəqəmsal platformasında qeydiyyatdan keçməklə bu rəqəmsal xidmətlərdən faydalana bilərlər. Və bu, çox doğru olardı. Xidmətlərin hamısı pulsuzdur”.

Firuzə Əliyeva

Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 Dekabr 2024 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see197

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see179

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see150

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see133

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see132

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see127

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see127

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see125

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see124

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see123

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see122

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri