Icma.az
close
up
RU
Rəqəmsallaşmada yeni mərhələ: Qurumlar vahid sistemə keçir

Rəqəmsallaşmada yeni mərhələ: Qurumlar vahid sistemə keçir

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev fevralın 11-də "Azərbaycanın yeni rəqəmsal arxitekturası"na həsr olunmuş müşavirədə əsas diqqəti dövlət xidmətlərinin vahid mərkəzdə birləşdirilməsinin vacibliyinə yönəldib. Prezident vurğulayıb ki, son illər müxtəlif qurumlar tərəfindən çoxsaylı platforma və tətbiqlər yaradılsa da, artıq bu xidmətlər koordinasiyalı şəkildə və tək mərkəzdən təqdim olunmalıdır. Onun sözlərinə görə, dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməli, mövcud platformalar isə mərhələli şəkildə vahid sistemdə birləşdirilməlidir.Əsas məqsəd vətəndaşa lazım olan bütün xidmətlərin bir ünvandan, daha rahat, operativ və səmərəli şəkildə təqdim edilməsidir.

"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin sədri Elvin Abbasov Milli.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda rəqəmsallaşma səviyyəsi hazırda qeyri-bərabərdir. Onun sözlərinə görə, ASAN, Vergi Xidməti və ƏƏSMN (sosial xidmətlər) rəqəmsal lokomotiv rolunu oynayaraq yüksək səviyyəli xidmətlər təqdim etsə də, kommunal sahələr (su, qaz, işıq), Səhiyyə və yerli icra hakimiyyətləri hələ də pərakəndə rəqəmsallaşmadan əziyyət çəkir:

"Xüsusilə kommunal ödənişlərin fərqli tətbiqlərdə olması, səhiyyədə tibbi məlumatların tam inteqrasiya edilməməsi və regional idarələrin zəif infrastrukturu dövlət xidmətlərində pərakəndəliyə və vətəndaşın vaxt itkisinə səbəb olur. Prezidentin tapşırığına əsasən, bu geri qalma myGov vahid platforması üzərindən aradan qaldırılmalı, qurumlar fərdi tətbiqlərdən imtina edərək məlumatlarını "Hökumət Buludu"na (G-Cloud) köçürməli və vətəndaş mərkəzli vahid interfeysə uyğunlaşmalıdırlar".

E.Abbasov qeyd edib ki, idarəetmədə rəqəmsallığın tam bərqərar olması üçün mərkəzi və regional qurumlar arasındakı "məlumat uçurumu" bağlanmalı, kadr potensialı gücləndirilməli və kibertəhlükəsizlik standartları mərkəzləşdirilməlidir.

Ekspert nəzərə çatdırıb ki, qurumlar, xüsusilə kommunal sektor və səhiyyə strukturları paralel platformalar yaratmaq üçün ayrılan büdcə vəsaitlərinə qənaət etməli və resurslarını vahid sistemin proaktiv xidmət modelinə yönəltməlidirlər:

"Bu keçid təkcə texnoloji yenilənmə deyil, həm də dövlət qurumlarının iş prinsipinin tam şəffaflaşması və vətəndaşın bütün xidmətləri, vergi borcundan kommunal ödənişə, tibbi reseptdən sosial arayışadək bir nöqtədən əldə etməsi deməkdir".

Mina Mikayılova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Fevral 2026 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri