“Universitetlər rəqəmsallaşmada geri qalır”
Icma.az, Gununsesi saytına istinadən bildirir.
“Ölkədə rəqəmsal transformasiya proseslərinin ön sıralarında təhsil sistemi, xüsusən universitetlər olmalıdır”.
Gununsesi.info bildirir ki, bu fikirləri dosent İlham Əhmədov deyib:
“Amma əksər universitetlər hələ də sənaye dövrünün standartları ilə fəaliyyət göstərir. Dünya universitetləri artıq “Universitet 4.0” və “Universitet 5.0” səviyyəsinə keçmişkən, bizim ali təhsil müəssisələrinin çoxu hələ “Universitet 1.0”, az bir hissəsi isə “Universitet 2.0” mərhələsindədir@.
O bildirib ki, universitetlərin rəqəmsallaşma sahəsində uğur qazanması real görünmür, çünki Təhsil Nazirliyi hələ ali təhsil strategiyasını hazırlamayıb və universitetlərin rəqəmsallaşma üzrə strateji planı mövcud deyil.
Dosent əlavə edib ki, 2011-ci ildə “Azərbaycan müəllimi” qəzetində “Ali təhsilin İKT əsaslı innovativ inkişafı” adlı geniş məqalə yazmışdılar və bu məqalə iki nömrədə dərc edilmişdi.
O vurğulayıb ki, 15 il ərzində belə aktual məqaləyə baxmayıb, reaksiya verməyən bir qurumdan ölkə təhsilinin qısa müddətdə rəqəmsallaşdırılmasını gözləmək real deyil.
Firuzə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 20 Fevral 2026 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















