Rəqib komandanın qapıçısını itələyən Vinisiusun aqibəti bəlli olub
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
İspaniya Kral Futbol Federasiyasının İntizam komitəsi braziliyalı hücumçu Vinisius Junioru "Valensiya"nın qapıçısı Stole Dimitriyevskini itələdiyinə görə iki oyunluq diskvalifikasiya edib və cərimələyib.
Oxu.Az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyanın Mətbuat Xidməti məlumat yayıb.
İspaniya çempionatının XII turunun matçında Vinisius "Valensiya"nın qapıçısı Dimitrievskini itələyərək yerə yıxıb və matçın 79-cu dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. İntizam Komitəsi diskvalifikasiyadan əlavə "Real Madrid"i 700 min, Vinisiusu 600 min avro cərimələyib.
Qeyd edək ki, qarşılaşma "Real Madrid"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Baxış sayı:74
Bu xəbər 08 Yanvar 2025 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















