Icma.az
close
up
RU
Rəqibin üstün cəhətləri çoxdur Qurban Qurbanov

Rəqibin üstün cəhətləri çoxdur Qurban Qurbanov

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda "Bodo Qlimt"lə oyundan əvvəl mətbuat konfransında iştirak edib.

QOL.az xəbər verir ki, mütəxəssis Norveç klubunu belə dəyərləndirib: "Sabahkı görüşdə, bəlkə də, son vaxtlar oynadığımız komandaların içində ən intizamlı komandaya qarşı oynayacağıq. Demək olar ki, bütün oyunçuları norveçlidirlər. Bu cür intizamlı oyunları və bu klubun, Norveç futbolunun son illərdəki nəticələri onu göstərir ki, bu ölkədə futbol irəli gedib və bu gün də inkişafa davam edir. "Bodo Qlimt"in öz oyun tərzi var. Hər komponentdə diqqətli olmalıyıq ki, onlardan üstün ola bilək. Rəqibin üstün cəhətləri çoxdur. Həm meydança amili, həm son oyunlar nəticələri və s. İnanıram ki, futbolçular meydanda ən yaxşısını edəcəklər. Hər iki komandaya uğurlar".

Mütəxəssis "Bodo Qlimt"i keçmiş rəqibləri "Tottenhem" və "Ayaks"la müqayisə edib: "Bugünkü gün onları eyni səviyyədə müqayisə edirəm. Həqiqətən də, son vaxtlar oynadığımız ən intizamlı komandalardan biridir. Meydanda bir qapıçı xaric olmaqla, 10 norveçli oynayır. Onlar bir-birilərini hər mövqedə düzgün tamamlayırlar. Yaxşı komandaları var. Görünən odur ki, hər bir futbolçu digərinə hörmətlə yanaşır və digərinin səhvini sığortalamağa çalışır. Hər komandada belə şeylər var, amma “Bodo-Qlimt”də bu, yüksək səviyyədədir. Öz kollektiv oyunlarına görə də böyük komandalara qalib gəliblər. Ola bilər ki, digər komandalarda fərdi keyfiyyətlər daha yaxşıdır, amma komanda oyununa görə "Bodo Qlimt" digərlərindən üstündür". 

Q. Qurbanov “Molde”yə qarşı yaxşı nəticələriniz var. “Bodo-Qlimt”ə qarşı da bunu təkrarlamaq üçün nələr etməlisiniz?" sualına belə cavab verib: “Molde” ilə matçlarda bir qələbə, bir heç-heçə etsək də, asan olmadı. Səfərdəki oyunda son dəqiqədə hesabı bərabərləşdirmişdik. “Molde” ilə “Bodo-Qlimt”in oyununa baxdım və hesab 3:3 oldu. Eynisəviyyəli, bir-birini çox yaxşı tanıyan komandalardır. Norveç çempionatında səhv etmirəmsə, 16 komanda var və ilk “8-lik”də güclü rəqabət var. Ölkədə futbol olaraq böyük inkişafdadırlar. Həm fiziki, həm taktiki, həm texniki dəyişikliklər edirlər. Onları “Molde”dən ayırmaq istəmirəm. Sabah qələbə də qazana bilərik, məğlub da ola. Bütün 90 dəqiqəni intizamlı və diqqətli olmalıyıq".

Qeyd edək ki, "Bodo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://qol.az
archiveBu xəbər 07 Noyabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri