Icma.az
close
up
RU
Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər Valdas Dambrauskas

Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər Valdas Dambrauskas

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas

"Hansısa komandanın "Qarabağ"a qarşı belə oynamasını xatırlamıram".

QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının təxirə salınmış 1-ci turunda "Qarabağ" üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edərkən deyib.

Mütəxəssis komandasının inanılmaz performans göstərdiyini, təkcə Azərbaycanda deyil, Avropada səs salan bir rəqibə qarşı möhtəşəm oynadıqlarını vurğulayıb. O, stadiondakı atmosferi və oyunun keyfiyyətini yüksək qiymətləndirib.

Lakin Dambrauskas qələbəyə baxmayaraq bəzi məqamlardan narazı qaldığını da gizlətməyib:

"Qarabağ"da ilk hissədə cinahlarda boşluqlar var idi, say üstünlüyü yaradıb, cərimə meydançasına daxil olsaq da, yararlana bilmirdik. Rəqibə göstərdiyimiz təzyiqə baxmaq lazımdır. Hansısa komandanın "Qarabağ"a qarşı belə oynamasını xatırlamıram. Amma düzəltməli olduğumuz çox şey var. Top komandalara qarşı ələ düşən epizodlardan yararlanmasan, çətin ola bilər".

Baş məşqçi liderliyi qorumaq məsələsinə ehtiyatla yanaşaraq turnir cədvəlinə sonda baxacaqlarını, rəqiblərin artıq onlara qarşı daha fərqli və ciddi hazırlaşdıqlarını qeyd edib.

Heyət və transfer planlarına toxunan mütəxəssis mövcud oyunçulardan məmnun olduğunu bildirib:

"Bu heyətdən çox məmnunam. Potensiallı oyunçularımız var və onları daha da inkişaf etdirə bilərik. Zədəlilərimiz də var: Cesse Sekidika və Ziden Xaled. Cesse ötən mövsüm çox qol vurmuşdu, onun qısa zamanda formasını bərpa etməsinə ümid edirik. Xaled isə üç aydan çoxdur zədəlidir və hələ potensialını göstərə bilməyib. Yeni transferlər barəsində isə tələsməməliyik. Rəhbərliklə danışacağıq, gələcək oyunçularımız komandamızın üslubuna uyğun olmalıdır. Variant olsa, qərarları tələsmədən və detallı şəkildə müzakirə edəcəyik".

Sonda Aaron Maludanın gələcəyi ilə bağlı sualı cavablandıran mütəxəssis öz işinin oyunçuların bacarıqlarını artırmaq olduğunu, müqavilə məsələlərinin isə klub rəhbərliyinin səlahiyyətində qaldığını diqqətə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://qol.az
archiveBu xəbər 18 Dekabr 2025 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see285

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see219

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see217

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see211

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see191

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see190

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see176

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see170

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see166

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see163

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see162

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see160

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see159

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri