Icma.az
close
up
RU
Menu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Beyaz bu tarixdə ekranlara dönür Video

Rəqiblərinə göz açmağa imkan verməyən güləşçilərimiz: On idmançı, doqquz medal

Rəqiblərinə göz açmağa imkan verməyən güləşçilərimiz: On idmançı, doqquz medal

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın gənc sərbəst güləşçiləri Avropa çempionatında rəqibsizdirlər. Onlar bu dəfə Albaniyanın paytaxtı Tiranada keçirilən qitə birinciliyində rəqiblərinə göz açmağa imkan verməyiblər. Sərbəst güləş üzrə U-23 yığmamız bütün rəqiblərini üstələyərək, komanda hesabında Avropa çempionu olub. Özü də ardıcıl dördüncü dəfə. İlk dəfə 2022-ci ildə U-23 Avropa çempionatında titula sahib çıxan sərbəst güləşçilərimiz artıq dörd ildir ki, baş mükafatı özündə saxlayır.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Bir qızıl, dörd gümüş və dörd bürünc medal

Sərbəst güləş yığmamız Tiranaya 10 idmançı ilə yollanmışdı. Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Murad Haqverdiyev (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Fərid Cabbarov (79 kq), Arseniy Djioyev (86 kq), Sadiq Mustafazadə (92 kq), Abdulcəlil Şabanov (97 kq) və Yusif Dursunov (125 kq) Azərbaycanın idman şərəfini layiqincə təmsil etdilər.

Albaniya paytaxtında on idmançımızdan doqquzu fəxri kürsüyə çıxmağı bacardı. Ümumilikdə komandamız yarışı bir qızıl, dörd gümüş və dörd bürünc medalla başa vurdu. Millinin tərkibində Arseniy Djioyev qızıl, Ceyhun Allahverdiyev, Kənan Heybətov, Ağanəzər Novruzov və Fərid Cabbarov gümüş, Rəhman İmanov, Murad Haqverdiyev, Sadiq Mustafazadə və Yusif Dursunov isə bürünc medal qazandı.

Rekord göstəricilərlə parlaq nailiyyət

Milli komandanın budəfəki uğuru rekord göstəricilərlə əlamətdar oldu. Güləş yığmamız həm topladığı xala, həm medalların, həm də finalların sayına görə öz rekordunu yenilədi.

Belə ki, yığmamız ilk dəfə bu yarışda on çəkidən doqquzunda medal qazandı. İlk dəfə beş sərbəst güləşçimiz qitə birinciliyinin finalında güləşdi. Komandamız yekun sıralamada 169 xal toplamaqla özünün yeni xal rekordunu müəyyənləşdirdi. Bu, həm də digər komandalar üzərində əzici üstünlüyün olması anlamın gəlir. Belə ki, millimiz ən yaxın izləyicisi olan Türkiyəni 52 xal qabaqladı. Ukrayna 104 xalla üçüncü yeri tutdu.

Ardıcıl inkişaf

Gənc sərbəst güləşçilərimizin son illər keçdiyi yola nəzər saldıqda, karyera yüksəlişi göz önündədir. Belə ki, onların hər biri nəticələrini daha da yaxşılaşdırmağı bacarıb. Tiranada çempion olan Arseniy Djioyev karyerasında ilk qızıl medalı əldə edir. O, ötənilki analoji yarışda üçüncü yeri tutmuş, eyni zamanda Avropa çempionatında bürüncə sahib çıxmış və U-21 dünya çempionatında gümüş medal qazanmışdı. Gümüş medalçı Ceyhun Allahverdiyev 2023-cü ildəki U-20 Avropa çempionatından sonra indi də 23 yaşlılar arasında ən güclülərdən olduğunu sübut etdi. Kənan Heybətov 2024-cü ildə olduğu kimi yenə çempionluğun bir addımlığından döndü. O, 2022-ci ildə 20 yaşadək sərbəst güləşçilərin Avropa çempionatında ən güclü adını qazanmışdı. Ağanəzər Novruzov isə 17 yaşlılar və 20 yaşlılar arasında Avropa çempionatlarındakı bürünc medallardan sonra bu dəfə daha böyüklər arasında gümüş qazana bildi. Digər finalçı Fərid Cabbarov ilk dəfə böyük yarışda medal qazandı. Daha əvvəl U-20 və U-23 yığmalarında təmsil olunan idmançı fəxri kürsüyə yüksələ bilməmişdi.

Bürünc medalçılarımıza gəlincə, Rəhman İmanov 2023-cü ildəki yarışdakı uğursuzluqdan sonra özünü inkişaf etdirərək mükafat qazandı. 21 yaşlı Sadiq Mustafazadə və 19 yaşlı Yusif Dursunov isə qazandıqları bürünc medalla gələcəklərinin parlaq olacağının işarəsini verdilər.

Qarşıda nə var?

Gənc güləşçilərimizi qarşıda daha bir mötəbər turnir gözləyir. Oktyabrda Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatı keçiriləcək. Son Avropa çempionu olan komandamızdan orada da gözləntilər böyükdür. Yığmanın baş məşqçisi Xetaq Qazyumov bildirib ki, gənclərimiz dünya çempionatında özlərini sübut etməlidirlər. Bu dəfə finala çıxıb gümüşlə kifayətlənən pəhləvanlarımızdan Serbiyada çempionluq gözlənilir. Qısası, gənc güləşçilərimiz Tiranadan sonra Novi Sadı fəth etməyə hazırlığa indidən başlamalıdırlar.

İdmançılarımızın potensialı isə daha artığına imkan verir. Pəhləvanlar ölkəsi Azərbaycan hər zaman güləş yarışlarında əsas favoritlərdəndir. Gənc idmançılar hazırkı nəticələri ilə kifayətlənməməli, bu günə qədərki ardıcıl yüksəlişi davam etdirərək daha böyük uğurlara fokuslanmalıdırlar. Tezliklə onlar böyüklər arasında Avropa və dünya çempionatlarına qatılacaqlar. Ən böyük gözlənti isə, təbii ki, Olimpiya Oyunları ilə bağlıdır. Güləşdə uzun illərdir davam edən Olimpiada qızılı həsrətinə məhz bu nəslin son qoyacağına inam böyükdür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Mart 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see282

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see219

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see208

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see155

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see151

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see147

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see144

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see143

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see136

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see135

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

26 Dekabr 2025 09:46see134

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see133

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see130

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri