Icma.az
close
up
RU
Rəqsanə göz yaşları içində: “4 oğlum tələf olub”

Rəqsanə göz yaşları içində: “4 oğlum tələf olub”

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Rəqsanə İsmayılova BakuTV-nin “Qapqara” verilişində pandemiya dövründə oğlunun dünyaya gəlişindən danışıb.

“Yeni Sabah” xəbər verir ki, ifaçı 4 övladını itirdiyini, hazırda qucağında olan oğlu Məhəmməd Əlini isə Allahın ona mükafat olaraq bəxş etdiyini deyib:

“4 dəfə oğul dünyaya gətirmişəm. Dördü də tələf olub. İndiki oğlum Məhəmməd Əlini Allah mənə əməlimə görə verib. Ayın 28-i Moskvada elan olundu ki, hər yer bağlanır, pandemiyadır. Səhər saat 5-də yuxuda gördüm ki, qucağımda ağ paltarlı bir uşaq var və insanlara su paylayıram. Toyuqlu pizza

Restoranıma gəlib boşaltdım ki, 200 nəfərə yardım paylayım. Gələndə gördüm ki, 2 min adam yığılıb. Əvvəl qorxdum ki, bunun öhdəsindən necə gələcəyəm. Üstəlik, 60-a yaxın xəstə var idi. Ərimin kredit üçün ayırdığı pulu da ərzağa xərclədim.

Sonra Rusiyada toylarında oxuduğum imkanlı insanlardan qrup yaratdım. Səs yazısı göndərdim ki, hamınızın toyunda oxumuş, pulumu almışam, amma indi insanlara kömək lazımdır. Qorxudan telefona da baxmırdım. Amma hamısı kömək etdi.

Deputatlardan biri zəng edib dedi ki, bütün xəstələri xəstəxanaya yerləşdirəcəyəm. Gəncəli bir oğlan xahiş etdi ki, 4 uşaq anası olan ağır xəstəni xəstəxanaya çatdırım. Onu maskasız vəziyyətdə apardım. Qızdırması 41 idi. O vaxt xəbərim yox idi ki, özüm də hamiləyəm. Amma mənə heç nə olmadı.

Həmin dövrdə ölənləri belə aparmağa icazə vermirdilər. Mən isə 70-80-ə yaxın cənazənin xəstəxanaya çatdırılmasına kömək etdim. Bir müddət sonra gördüm ki, ürəyim bulanır, özümü narahat hiss edirəm. Xəstəxanaya getdim, bəlkə, mən də COVID-19-a yoluxmuşam. Həkim dedi ki, hamiləsən. Allah mənə mükafat verdi. Yuxuda qucağıma aldığım uşağı Allah mənə bəxş etdi”.

Aydan Hacı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Avqust 2026 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri