Rəqsanə “Maşınla üstündən keçərəm” dedi: Polis Ülviyyəni çağırdı
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Bir neçə gün bundan öncə “Rəngarəng” verilişində Aysun İsmayılova və Ülviyyə Namazova arasında anlaşılmazlıq yaranıb.
Sözügedən hadisədən sonra Rəqsanə İsmayılova şəxsi hesabında canlı yayım açaraq Ü.Namazovanı hədələyib. Keçən gün Ülviyyə Namazova sosial şəbəkədə canlı açaraq həyatının təhlükədə olması və Rəqsanənin onu maşın ilə üstündən keçəcəyi ilə hədələməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında müğənni Ülviyyə Namazova bildirib ki, kim nə edibsə, cəzasını çəkəcək:
“Daxili İşlər Nazirliyinə müraciət etdim. Çünki günahım olmadan, heç kimi təhqir və təhdid eləmədən təhqir və təhdid olundum. Yalandan guya mən kiməsə hədə-qorxu gəlirəm. O videoları ilk kimlərin paylaşdığı tapılacaq. Çünki hüquqi dövlətdə yaşayırıq. Var olsun Azərbaycan polisi! Dərhal, tez bir zamanda, bir gün ərizində məni dəvət etdilər. İnşallah, kim nə edibsə cəzasını çəkər”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Baxış sayı:69
Bu xəbər 28 Yanvar 2025 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















