Siqaretə görə anasını bıçaqladı
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkə.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Köhnə Alvadı kəndində baş verib. Kənd sakini - 2001-ci il təvəllüdlü Raqif Ağayev (soyad şərtidir - red.) heç bir yerdə işləmədiyindən anasından gündəlik pul alırmış. Bir müddət öncə o, növbəti dəfə pul istəyəndə anası pulunun olmadığını deyib. Raqif anasından ona siqaret almasını istəyib. Qadın oğluna tütün istifadə etdiyinə görə irad tutub və siqaret almayıb. Bundan əsəbiləşən Raqif mətbəxdən götürdüyü bıçaqla anasına 7 zərbə endirib.
Qadın xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Raqif saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı ana övladının psixi sarsıntı keçirdiyini bildirib və onu bağışlayıb.
Məhkəmənin hökmü ilə Raqif 3 il azadlıqdan məhrum edilib. Hakim tərəflərin barışdığını nəzərə alaraq ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və cəza şərti hesab edilib. R.Ağayev məhkəmə zalında azadlığa buraxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 30 Oktyabr 2026 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















