Rəşad Əhmədzadə işçisini məhkəməyə verdi Videomüraciət yaymışdı
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə eyni teatrın əməkdaşı Aynurə Əkbərovanı məhkəməyə verib.
“Qafqazinfo”nun məlumatına görə, direktorun xüsusi ittiham qaydasında verdiyi şikayət icraata qəbul edilib.
Rəşad Əhmədzadə özünün rəhbərlik etdiyi teatrın əməkdaşından ona görə şikayət edib ki, Aynurə kütləvi informasiya vasitələri və sosial şəbəkədə yayımlanan videomüraciətində işlədiyi teatrda korrupsiya halları olduğunu deyib. O iddia edib ki, qanun pozuntularından danışdığı və prokurorluğa müraciət etdiyi üçün müxtəlif təzyiqlərlə üzləşib.
Teatrın direktoru isə xanımın bu ittihamlarını böhtan hesab edərək məhkəmədən onun cəzalandırılmasını xahiş edib.
Abşeron rayon Məhkəməsinin qərarı ilə Aynurə Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə təqsirləndirilən şəxs qismində tanınıb, şikayətin araşdırılması icraata götürülüb.
Xanımın təqsirli bilinsə, onu 1500 manata kimi cərimə, islah işləri, ən ağır şəraitdə isə 6 aya kimi həbs gözləyir.
Qeyd edək ki, Aynurə Əkbərova Xətai rayon icra başçısının keçmiş müavini Zaməddin Əkbərovun qızıdır.
Sail Ağasəlim
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 27 Oktyabr 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















